Icma.az
close
up
RU
Aqrar sığorta fermerləri ziyandan qoruyur

Aqrar sığorta fermerləri ziyandan qoruyur

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən 5 ildə ölkə üzrə 22,6 milyon manat zərər ödənişi həyata keçirilib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi fermerlərin zərərlərdən qorunmasında ciddi rol oynayır. Bunun nəticəsidir ki, ölkədə aqrar sığorta mexanizmindən faydalanan təsərrüfatların sayı və həyata keçirilən zərər ödənişləri sürətlə artmaqdadır. Elə 2025-ci ildə bu sahədə qeydə alınmış nəticələr də bunu deməyə əsas yaradır.

Aqrar Sığorta Fondunun məlumatına əsasən, 2025-ci il ərzində müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və təsərrüfatlara, ümumilikdə, 9 milyon 147 min milyon manat sığorta ödənişi edilib. Bu da əvvəlki ilin ödənişləri ilə müqayisədə 44 faiz, 2023-cü illə müqayisədə isə 2,1 dəfə çoxdur. Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən il isə əkin sahələrində baş vermiş hadisələr üzrə fermer və təsərrüfatlara 8,8 milyon manat sığorta ödəniş edilib. Bu, 2024-cü illə müqayisədə 70 faiz, 2023-cü ildəki ödənişlərə nisbətən isə 2,5 dəfə artıqdır.

Ümumilikdə, Aqrar Sığorta Fondu fəaliyyətə başladığı 2020-ci ildən indiyədək ölkə üzrə 22,6 milyon manat sığorta ödənişi aparıb. Müqayisə üçün qeyd edək ki, fond fermer və təsərrüfatlara 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə 6,4 milyon manat ödəniş həyata keçirib.

2025-ci ildə həyata keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Yeri gəlmişkən, bu günlərdə ölkədə ən çox aqrar sığorta ödənişi edilən əkin sahələri açıqlanıb. Bildirilib ki, ötən il fond tərəfindən sığortalanan 41 bitki növündən 26-sı üzrə sığorta ödənişi həyata keçirilib.

Qurumdan verilən məlumata əsasən, ötən il buğda və arpa sahələri üzrə, ümumilikdə, 5 milyon 175 min manat sığorta ödənişi həyata keçirilib. Bu, 2024-cü illə müqayisədə 2 milyon manat və ya 63 faiz çoxdur. Pambıq sahələri üzrə ödənişlər isə 958 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 72 min manat və ya 8 faiz artıqdır. Taxıl bitkiləri və pambıqdan sonra ən çox aqrar sığorta ödənişləri şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma, armud, üzüm və ərik bağları üzrə həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Fermerlərə dəstək üçün sığorta haqqının 50 faizini dövlət özü ödəyir. Nəticədə, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığortalayırlar. Aqrar sığorta əkin sahələrini, meyvə bağları və sair təsərrüfatları təbiət hadisələri, dolu, sel-subasma, fırtına-qasırğa, yanğın, şaxtavurma, leysan və sair risklərdən qoruyur.

Hazırda ölkə payızlıq taxıl zəminləri və meyvə bağlarının sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır. Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb. Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə fondun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür.

Ölkədə tətbiq olunan aqrar sığorta mexanizmindən faydalanan sahələrdən biri də heyvandarlıq təsərrüfatlarıdır. Belə ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarını – iribuynuzlu südlük və ətlik mal-qaranı və xırdabuynuzlu heyvanları – qoyun və keçiləri sığortalamaq mümkündür. Bu zaman Aqrar Sığorta Fondu təbii fəlakət hadisələri, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, avtomobillə vurulma, daşınma zamanı qəza, oğurluq və sair hallara görə fermerlərə zərər ödənişi həyata keçirir. Təhlillər göstərir ki, son zamanlar heyvandarlıq sığortası üzrə ödənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşərat sancması və sair hallarda qeydə alınır.

Dövlətin 50 faizlik sığorta haqqı dəstəyi sayəsində fermerlər öz heyvanlarını olduqca cüzi məbləğdə – sığorta haqqının yarısını ödəməklə sığortalaya bilərlər. Belə ki, hazırda iribuynuzlu heyvanların sığortası üzrə tariflər seçilmiş sığorta zərfindən asılı olaraq 4,89-7,80 faiz, xırdabuynuzlu heyvanlar üzrə tariflər isə 4,60-7,37 faiz arasında dəyişir. Nəticədə, qiyməti 1000 manat olan inəyi sığorta etmək fermerə cəmi 24-39 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7-11 manata başa gəlir.

Aqrar Sığorta Fondu tərəfindən son zamanlar heyvandarlıq sığortası üzrə ödənişlərdə də artım müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat sığorta ödənişi edilib. Ümumilikdə isə, Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar olaraq fermerlərə indiyədək, ümumilikdə, 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.

Hadisə baş verdikdə 10 faiz azadolma tətbiq edilməklə fermerə aqrar sığorta ödənişi edilir. Qanunvericiliyə əsasən yalnız, rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olan heyvanlar sığortalana bilər. Sığortalanmaq üçün müraciət edilmiş təsərrüfata əvvəlcə müstəqil aqrar sığorta eksperti baxış keçirir, təsərrüfat və heyvanlar lazımi tələblərə cavab verdiyi halda, onlar aqrar sığorta təminatına alınır.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri