Icma.az
close
up
RU
Əmlak sığortası vətəndaşı ziyandan qoruyur

Əmlak sığortası vətəndaşı ziyandan qoruyur

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qış mövsümündə havanın soyuması ilə əlaqədar qaz və elektrik enerjisindən izafi istifadə yanğın risklərini artırır. Qaz sızmaları, elektrik naqillərinin normadan artıq yüklənməsi və qeyri-standart istilik cihazlarından istifadə mənzillərdə və binalarda təhlükəli vəziyyət yarada bilər.

Baş verən yanğın və digər hadisələr nəticəsində daşınmaz əmlaka dəymiş zərər və maddi itkilər daşınmaz əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirir.

Bu barədə İcbari Sığorta Bürosu açıqlama yayıb.

Bildirilib ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. “İcbari sığorta haqqında” Qanuna əsasən, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği isə 15 min manat təşkil edir.

İcbari Sığorta Bürosunun məlumatına görə, 2024-cü ilin 9 ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 640 hadisəyə görə sığorta şirkətləri 1 milyon 870 min manat ödəniş edib.

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı olaraq bildiririk ki, yanğın və təbii fəlakətlər gözlənilməz anlarda əmlakınızı təhlükə altına sala bilər. Bu təhlükələrin yarada biləcəyi maddi itkilərdən qorunmaq üçün əmlakın sığortalanması vacibdir. Gələcəyinizi təhlükəsiz etmək üçün əmlakınızı sığortalayın və gözlənilməz hadisələr zamanı özünüzü güvəndə hiss edin”, – deyə məlumatda qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri