Aqrar Sığorta Fondu 11 aylıq nəticələri açıqlayıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-noyabr aylarında Aqrar Sığorta Fondu 410 561 hektar əkin sahəsini, eləcə də 3 169 baş iri və xırdabuynuzlu mal-qaranı sığortalayıb.
"Report" Fonda istinadən xəbər verir ki, 11 ay ərzində bitkiçilik sığortası üzrə 10,934 milyon manat, heyvandarlıq sığortası üzrə isə 1,895 milyon sığorta haqqı toplanılıb.
Beləliklə, ümumi sığorta yığımı 12,829 milyon manat, ümumi sığorta təminatı isə 481 milyon manat təşkil edib.
Hesabat dövründə Fond 5,642 milyon manat sığorta ödənişi verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. O cümlədən, bitkiçilik üzrə sığorta ödənişi 2,3 dəfə artaraq 4,659 milyon manat, heyvandarlıq üzrə sığorta ödənişi isə təxminən 40 % artaraq 983 min manat olub.
Azərbaycanda aqrar sığorta haqqının 50 %-ni dövlət, qalanını isə fermerlər ödəyir.
Baxış sayı:158
Bu xəbər 28 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















