Icma.az
close
up
RU
Aqrar Sığorta Fondu İmişlidə fermerə aqrar sığorta ödənişi edib

Aqrar Sığorta Fondu İmişlidə fermerə aqrar sığorta ödənişi edib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət dəstəyi ilə və güzəştli şərtlərlə təqdim olunan aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.

Aqrar Sığorta Fondu (ASF) İmişli rayonunda sığorta hadisəsi baş vermiş heyvandarlıq təsərrüfatına zərər ödənişi həyata keçirib.

İmişli rayonunun Xəlfəli kənd sakini fermer Ədalət Quliyevin təsərrüfatında cins mal-qaranın yoluxucu xəstəlik səbəbindən tələf olmasına görə 5 130 manat sığorta ödənişi edilib. Dövlət dəstəyi ilə alınmış cins heyvanın ümumi dəyəri 5 700 manat olub. Qanunvericiliyə uyğun olaraq, ASF tərəfindən bu məbləğdən 10% azadolma məbləği çıxılmaqla, 90%-lik hissə, 5 130 manat ödəniş edilib.

Fermer tələf olmuş heyvanın birillik sığorta edilməsi üçün 170 manat sığorta haqqı ödəyib. Hadisə nəticəsində edilmiş sığorta ödənişi isə heyvanın birillik sığortalanmasına çəkilən xərclə müqayisədə 30 dəfə artıq olub.

Fermer Ədalət Quliyev aqrar sığorta mexanizmindən razılığını bildirib. Onun sözlərinə görə, aqrar sığorta ödənişi yoluxucu xəstəlik nəticəsində ona dəymiş zərərin böyük hissəsinin qarşılanmasına imkan verib. O, digər fermer və təsərrüfat sahiblərini də dövlətin yaratdığı bu imkandan istifadə etməyə, əkin sahələrini və heyvanlarını sərfəli şərtlərlə sığortalamağa çağırıb. 

Qeyd edək ki, İmişli rayonu ən çox sığorta ödənişi həyata keçirilən rayonlardan biridir. İndiyədək ASF tərəfindən rayondakı fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 552 min manat sığorta ödənişi edilib. Bu məbləğin 1 milyon 94 min manatı bitkiçilik, 1 milyon 458 min manatı isə heyvandarlıq sahəsi üzrə ödənilib.

ASF fermerləri və təsərrüfat sahiblərini öz heyvanlarını, eləcə də payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.

ASF-nin göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Fondun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür. 

Xatırladaq ki, ASF əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və akvakultura məhsullarını çoxsaylı risklərdən sığortalayır. Aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanlarını yoluxucu xəstəliklər, otdan, yemdən və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşərat sancması, təbii fəlakətlər və təbiət hadisələri, yanğın, üçüncü şəxslərin hərəkətləri, heyvanın avtomobillə vurulması, qəza zamanı tələf olması, oğurluq və digər risklərdən sığortalamaq mümkündür.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri