Icma.az
close
up
RU
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 may, AZƏRTAC

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şabran və Quba rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən taxıl və meyvə bağlarında baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin və kənd təsərrüfatı heyvanlarının sığortalanması, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və digər məsələlərlə bağlı olub. Eləcə də fermerlər arıçılıq təsərrüfatlarının sığortalanması ilə bağlı təkliflər veriblər.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Fuad Sadıqov fermerlərə aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verib.

Sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabran rayonunun Dəvəçi kəndindəki ərik və nektarin bağlarına baş çəkib və fermerlərlə söhbət edib. Fond rəhbəri təsərrüfat sahiblərinə, fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see220

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see184

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see135

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see131

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see127

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see126

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see125

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see125

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see122

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see122

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see121

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see121

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see120

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see120

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see120

37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

16 Avqust 2025 11:48see120

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see119

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see118

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see117

MiQ 29 hissələri Macarıstandakı aerodromdan oğurlanan borcun ödənişi kimi Rusiyadan alınıb

16 Avqust 2025 11:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri