Icma.az
close
up
RU
Aqrar sığorta ödənişləri mobil sistemə keçdi

Aqrar sığorta ödənişləri mobil sistemə keçdi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aqrar sığorta haqqının ödənilməsi məqsədilə Aqrar Sığorta İnformasiya Sistemi (ASİS) ölkənin aparıcı ödəniş sistemlərindən olan AsanPay ilə inteqrasiya edilib. Nəticədə aqrar sığorta haqlarının AsanPay vasitəsilə ödənişi mümkün olub. 

Modern.az xəbər verir ki.  ASAN Pay vasitəsilə həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə sığorta haqqını ödəmək olar. 

Qeyd edək ki, Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta xidmətinin əsas istifadəçiləri bölgələrdə, kənd yerlərində, o cümlədən ucqar kəndlərdə fəaliyyət göstərən fermerlərdir. İndiyədək onlar aqrar sığorta haqqını terminallar vasitəsilə ödəyir, bunun üçün rayon mərkəzlərinə yaxınlaşmalı olurdular. Bu da fermerlər üçün əlavə vaxt itkisinə səbəb olur, onları təsərrüfat işlərindən ayırırdı. 

AsanPay sistemi ilə inteqrasiyadan sonra isə buna ehtiyac qalmayacaq. Bundan sonra isə əkin sahəsi və heyvanlarını sığorta etmək istəyən fermerlərin evdən çıxmasına ehtiyac olmayacaq. Fermerlər AsanPay sistemi vasitəsilə sığorta haqqını evdən və ya təsərrüfatdan çıxmadan mobil telefon vasitəsilə ödəyə biləcəklər. 

Qaydaya görə, aqrar sığorta haqqını ödəmək üçün fermer AsanPay ödəniş sisteminə (asanpay.az) daxil olmalı, burada “Sığorta ödənişləri” bölməsini seçməlidir. Yeni açılan pəncərədə Aqrar Sığorta Fondunu seçərək öz FİN və ya VÖEN məlumatlarını daxil etmək lazımdır. Bu zaman ekranda fermerin ödəyəcəyi sığorta haqları görünəcək. Fermer "Ödə" düyməsini sıxaraq ödənişlərini həyata keçirə biləcək (Videonu yüklə: //we.tl/t-dmliBJqMFe). 

Aqrar sığorta haqlarının AsanPay vasitəsilə mobil telefonla ödənilməsi fermerlərin aqrar sığortaya əlçatanlığının artmasına, əkin sahələri və kənd təsərrüfatı heyvanlarının daha asan sığortalanmasına imkan verəcək. Bununla da Aqrar Sığorta Fondunun xidmətindən istifadə edən minlərlə fermerin risklərini qat-qat azaldacaq. 

Xatırladaq ki, Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta xidmətləri dövlət dəstəklidir. Belə ki, əkin sahəsi və ya heyvanların sığortalanması zamanı sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. 

Aqrar sığortanın əhatə dairəsi genişləndikcə, bu xidmətlərdən faydalanan fermerlərin sayı və sığorta ödənişləri də artmaqdadır. 

2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 6,4 milyon manat zərər ödənişləri həyata keçirilib. 2025-ci ilin ilk 4 ayında isə həyata keçirilmiş zərər ödənişlərinin məbləği 3 milyon manatdan artıq olub. 

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri