Icma.az
close
up
RU
Fermerlərə aqrar sığorta ödənişləri edilib

Fermerlərə aqrar sığorta ödənişləri edilib

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə müxtəlif hadisələrdən zərər çəkmiş fermerlərə sığorta ödənişləri davam edir.

“Cebheinfo.az” xəbər verir ki, “Azergold” QSC-nin dəstəyi ilə kartof təsərrüfatı yaratmış fermerlərə Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta ödənişləri təqdim olunub.

2024-cü ildə “AzerGold” QSC-nin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə icra olunmuş “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində rayonun Quşçu və Zəylik kəndlərindən olan 10 fermerə məxsus 10 hektar sahədə kartof əkini aparılıb. 

Həmin dövrdə rayon ərazisində müşahidə olunan qeyri-sabit əlverişsiz hava şəraiti bəzi təsərrüfatlara, o cümlədən “AzerGold” QSC-nin həyata keçiridiyi layihə iştirakçılarının təsərrüfatlarına ziyan vurub. İntensiv dolunun düşməsi və leysan yağışları nəticəsində fermerlər itkilərlə üzləşiblər. 

Təsərrüfatlar sığorta edildiyi üçün Aqrar Sığorta Fondunun və aidiyyəti qurumların birgə səyi ilə ziyanların qarşılanması üçün sığorta ödənişləri həyata keçirilib. Bu proses fermerlərin daha təhlükəsiz və dayanıqlı fəaliyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.

“Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsini aqrar sahədə həyata keçirilmiş mühüm sosial təşəbbüslərdən biridir və layihə çərçivəsində sığorta olunmuş əkin sahələrinə dəymiş ziyanın qarşılanması aqrar sığorta sisteminin əhəmiyyətini bir daha təsdiq edir. 

Təkcə 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 6,4 milyon manat ödəniş edilib və bu proses davam etməkdədir.

Zərərçəkmiş fermerlər baş verən zərərin qarşılanmasında sığorta ödənişlərinin mühüm rol oynadığını deyib, dövlət və aidiyyəti qurumların dəstəyinə görə minnətdarlıq ediblər.

Nigar
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri