Icma.az
close
up
RU
Aqrar Tədqiqatlar Mərkəzində Doktorantura Proqramı ilə bağlı təqdimat keçirilib

Aqrar Tədqiqatlar Mərkəzində Doktorantura Proqramı ilə bağlı təqdimat keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 aprel, AZƏRTAC

Aqrar Tədqiqatlar Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən tabeli qurumlarının əməkdaşları üçün Mərkəzin Doktorantura Proqramının təqdimatını təşkil edib. Təqdimatın məqsədi doktorantura təhsilinin təşviq edilməsi, tədqiqatçılar arasında bu sahəyə marağın artırılmasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn keçirilən tədbir çərçivəsində iştirakçılara Aqrar Tədqiqatlar Mərkəzinin Doktorantura Proqramı haqqında geniş məlumat verilib, qəbul qaydaları, qəbul prosesi, doktorant və dissertantlara yaradılan şərait barədə danışılıb. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir.

Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir, bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.

Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır.

Dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri