Icma.az
close
up
RU
Aqresiya, inamsızlıq, etibarsızlıq... Boşanmaların səbəbləri

Aqresiya, inamsızlıq, etibarsızlıq... Boşanmaların səbəbləri

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Statistika Komitəsi (DSK) bu ilin yanvar-sentyabr aylarında boşanma halları ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb. Hesabat dövründə boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Bir ildə bu qədər ailənin boşanmasına səbəb nədir? 

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında cəmiyyətdə baş verən hadisələrin ailələrə böyük təsiri olduğunu bildirib:

"İstəlinən ailə cəmiyyətin bir üzvüdür. Cəmiyyətdə nə baş verirsə, o ailədə özünü realizə edir. Bu gün cəmiyyətdə nə baş verir? Aqresiya, inamsızlıq, etibarsızlıq, dəyərlər sisteminin pozulması... Bu da özünü ailəyə transfer edir. Biz cəmiyyətdə bütün davranışlarımızdan, məsələn, etibar, sevgi, güvən və s. bunlar sosial şəbəkədə görünməsinə baxmayaraq öz çevrəmizdə yaxınlarımıza, qohumlarımıza bu dəstəyi verə bilmirik. İnsanlar təklənir. Bu təklikdə həm də məsuliyyəti götürmək istəmirlər. Əvvəl heç kim övladından aliment əsirgəməzdi. Qəzəb, kin, inamsızlıq, ailə münasibətlərində kök salmağa başlayıb".


Mehriban Zeynalova hesab edir ki, psixoloji gərginliklər hədsiz çoxdur:

"Bu gərginliyin fonunda insanlar özünü, münasibətlərini tənzimləyə, tərəflər bir-biri ilə dil tapa bilmir. Tərəflər asan yaşamaq istəyir. Bu asanlığı da kənarda axtarmağa çalışırlar. Birgə problemi həll etmək istəmirlər. Əvvəllər ağsaqqallar institutu, eyni zamanda bir nüfuz var idi. Nüfuzun təsiri böyük idi. Kimlərsə ehtiyyat edirdi ki, hansısa yalnış davranış edər. İndi bunlar yoxdur, heç valideynlərin də nifuzu yoxdur. Əksər vaxt deyirlər ki, uşaqların hüquqları var. Valideynə nüfuzu, valideynə hörmət və digər məsələlər isə hallanmır. İnsanlar öz nifuzunu yumruq yolu ilə deyil, davranışları ilə qorumalıdır. Bunu edə bilmirlər. Sanki özlərini itiriblər. Ailənin qayğıları, ünsiyyət çətinliyi onları yorur".

Mehriban Zeynalova bütün bunların boşanmalara təsir göstərdiyini vurğulayıb:

"Düşünülməmiş evliliklər də var. Düşünülməmiş nə manada? Əvvəllər deyərdilər ki, evlilik bir ovuc torpaqdır. Əvvəlki evlilkdə münasibətlər toplusundan araşdırma var idi. Kim kimdir, hansı xüsusiyyətlərə malikdir və s. İndi bunu etmək olmur, çünki insan haqqlarına ziddir. Münasibətlər, dəyərlər toplusunun dağılması və yeni qaydaların formalaşması mütləq şəkildə ailələrə təsir göstərir".

Sədrin fikirincə, bu gün ailələr fərqli ailə modeləri ilə rastlaşır:

"Burada dayanıqlıq, etibar yoxdur. Burada sabah üçün düşünmək yoxdur, bu günü düşünüb və qərar verirlər. Dözümsüzlük, bir-birinə hörmət hissi və s. bunlar ailə münasibətlərinə öz təsirini itirib. Əgər sən ailə üzvlərinə hörmət edə bilmirsənsə orada yaşamaq mənasızdır. Bu kişi də ola bilər, qadın da. Bəzən qadınlar kişilərə hörmət etmir, eləcə də kişilər qadınlara. Ailədə qadının rolu sfıra endirilir. Ailə münasibətlərini güc mənbəyinə çeviriblər. Ailə münasibətləri birgə gücdür. Bu güc olmayanda belə hallar baş verir". 

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see122

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri