Icma.az
close
up
RU
Aqresiya, inamsızlıq, etibarsızlıq… Boşanmaların səbəbləri

Aqresiya, inamsızlıq, etibarsızlıq… Boşanmaların səbəbləri

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsi (DSK) bu ilin yanvar-sentyabr aylarında boşanma halları ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb. Hesabat dövründə boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Bir ildə bu qədər ailənin boşanmasına səbəb nədir?

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında cəmiyyətdə baş verən hadisələrin ailələrə böyük təsiri olduğunu bildirib:

“İstəlinən ailə cəmiyyətin bir üzvüdür. Cəmiyyətdə nə baş verirsə, o ailədə özünü realizə edir. Bu gün cəmiyyətdə nə baş verir? Aqresiya, inamsızlıq, etibarsızlıq, dəyərlər sisteminin pozulması… Bu da özünü ailəyə transfer edir. Biz cəmiyyətdə bütün davranışlarımızdan, məsələn, etibar, sevgi, güvən və s. bunlar sosial şəbəkədə görünməsinə baxmayaraq öz çevrəmizdə yaxınlarımıza, qohumlarımıza bu dəstəyi verə bilmirik. İnsanlar təklənir. Bu təklikdə həm də məsuliyyəti götürmək istəmirlər. Əvvəl heç kim övladından aliment əsirgəməzdi. Qəzəb, kin, inamsızlıq, ailə münasibətlərində kök salmağa başlayıb”.

Mehriban Zeynalova hesab edir ki, psixoloji gərginliklər hədsiz çoxdur:

“Bu gərginliyin fonunda insanlar özünü, münasibətlərini tənzimləyə, tərəflər bir-biri ilə dil tapa bilmir. Tərəflər asan yaşamaq istəyir. Bu asanlığı da kənarda axtarmağa çalışırlar. Birgə problemi həll etmək istəmirlər. Əvvəllər ağsaqqallar institutu, eyni zamanda bir nüfuz var idi. Nüfuzun təsiri böyük idi. Kimlərsə ehtiyat edirdi ki, hansısa yalnış davranış edər. İndi bunlar yoxdur, heç valideynlərin də nüfuzu yoxdur. Əksər vaxt deyirlər ki, uşaqların hüquqları var. Valideynə nüfuzu, valideynə hörmət və digər məsələlər isə hallanmır. İnsanlar öz nüfuzunu yumruq yolu ilə deyil, davranışları ilə qorumalıdır. Bunu edə bilmirlər. Sanki özlərini itiriblər. Ailənin qayğıları, ünsiyyət çətinliyi onları yorur”.

Mehriban Zeynalova bütün bunların boşanmalara təsir göstərdiyini vurğulayıb:

“Düşünülməmiş evliliklər də var. Əvvəllər deyərdilər ki, evlilik bir ovuc torpaqdır. Əvvəlki evlilkdə münasibətlər toplusundan araşdırma var idi. Kim kimdir, hansı xüsusiyyətlərə malikdir və s. İndi bunu etmək olmur, çünki insan haqqlarına ziddir. Münasibətlər, dəyərlər toplusunun dağılması və yeni qaydaların formalaşması mütləq şəkildə ailələrə təsir göstərir”.

Sədrin fikirincə, bu gün ailələr fərqli ailə modeləri ilə rastlaşır:

“Burada dayanıqlıq, etibar yoxdur. Burada sabah üçün düşünmək yoxdur, bu günü düşünüb və qərar verirlər. Dözümsüzlük, bir-birinə hörmət hissi və s. bunlar ailə münasibətlərinə öz təsirini itirib. Əgər sən ailə üzvlərinə hörmət edə bilmirsənsə orada yaşamaq mənasızdır. Bu kişi də ola bilər, qadın da. Bəzən qadınlar kişilərə hörmət etmir, eləcə də kişilər qadınlara. Ailədə qadının rolu sfıra endirilir. Ailə münasibətlərini güc mənbəyinə çeviriblər. Ailə münasibətləri birgə gücdür. Bu güc olmayanda belə hallar baş verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see185

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see163

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see146

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see133

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see129

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri