Icma.az
close
up
RU
Aqressiv davranışlara son qoyulmalıdır

Aqressiv davranışlara son qoyulmalıdır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bir uşağın haqqının qorunması gələcəyin ədalətli və insanpərvər olmasına verəcəyimiz bir töhfədir”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)” mövzusunda təlimin açılış mərasimində çıxışı zamanı deyib. 

Aynur Sofiyeva bildirib ki, bullinq bu gün bütün dünyada təkcə bir fərdi və ailəni deyil, bütün cəmiyyəti narahat edən problem, xüsusən uşaqların hüquqlarını pozan görünməz amma real bir təhdiddir. O, uşaq hüquqlarının qorunmasının, təminatının, eləcə də inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərin daim gücləndirildiyini və uğurlu nəticələr əldə edildiyini vurğulayıb.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dövlətin uşaq məsələləri ilə bağlı hədəflərinin müəyyələşdirildiyini bildirən komitə rəsmisi qeyd edib ki, strategiyadan irəli gələrək bir neçə vacib sənəd layihəsi AQUPDK tərəfindən hazırlanıb və qəbul olunub. O, xüsusi olaraq hazırda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müasir çağırışlara uyğun olaraq yenidən təkmilləşdirildiyini və qəbul olunmasının gözlənildiyini vurğulayıb. Bildirib ki, qanun uşaqların müdafiəsi, inkişafı istiqamətində önəmli hüquqi bazanı formalaşdıracaq, eləcə də gələcək fəaliyyət üçün önəmli bir mənbə rolunu oyanayacaq. 

Dövlət Komitəsinin fəaliyyətinin gələcək xəritəsinin müəyyənləşdirilməsində həyata keçirilən təhlil və araşdırmaların əhəmiyyətini vurğulayan sədr müavini, Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğular keçirilərək “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat” adlı tədqiqat hazırlandığını bildirib. Tədqiqatın nətəcələrinə diqqət çəkən A.Sofiyeva əlavə edib ki, effektiv mübarizə üçün hüquqi çərçivələri bilməklə yanaşı, psixoloji biliklər də gücləndirilməli, bu sahədə işləyən mütəxəssislərin bilik və bacarıqları artırılmalıdır. 

İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na əsasən çoxistiqamətli əməkdaşlıq həyata keçirildiyindən bəhs edən A.Sofiyeva, qardaş ölkədən dəvət olunmuş ekspert tərəfindən keçiriləcək və iki gün davam edəcək təlimin müvafiq sahədə gözəl nəticələr əldə etməyə kömək edəcəyini bildirib və təlimin işinə uğurlar arzulayıb. 

Təlim Türkiyənin Sakarya Universitetinin İnsan və toplum bilimləri fakültəsinin Sosial Xidmət Bölməsinin müəllimi professor Mehmet Zafer Danış tərəfindən iştirakçılara yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış, uşaqların bullinqə məruz qalması, bullinqin növləri və s. haqqında məlumat verməsi ilə davam edib. 

Təlimdə Bakı və Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin psixoloqları, Penitensiar Xidmətin və Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak edib.    

Qeyd edək ki, təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən həyata keçirilib. 

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri