Icma.az
close
up
RU
Məhz bu gizlilik hissi onu daha aqressiv davranışlara sövq edir

Məhz bu gizlilik hissi onu daha aqressiv davranışlara sövq edir

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son illərdə sosial medianın sürətli inkişafı insanların ünsiyyət formalarını, davranış modellərini və ictimai rəyin formalaşma mexanizmini əsaslı şəkildə dəyişib. Rəqəmsal platformalar artıq yalnız informasiya mübadiləsi vasitəsi deyil, həm də kütləvi davranışların istiqamətləndirildiyi sosial məkana çevrilib. Xüsusilə “linç mədəniyyəti” adlanan fenomen, qrup psixologiyasının təsiri ilə fərdlərə qarşı kütləvi hücumların formalaşmasına şərait yaradır. Bu prosesdə emosional reaksiya, sürətli yayılma və anonimlik hissi insanların davranışlarına ciddi təsir göstərir. Nəticədə sosial mediada manipulyasiya imkanları genişlənir və ictimai rəyin formalaşması daha asan idarə oluna bilir.
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı bildirib ki, başqalarını linç etmək, yəni təhdid etmək, təhqir etmək, böhtan atmaq və insanları manipulyasiya edərək öz məqsədləri üçün alətə çevirmək insan xislətindən irəli gələn hallardır:
“İstər sosial şəbəkə olsun, istər real həyat bəzi insanlar müxtəlif səbəblərdən bu cür davranışlara meyilli olurlar. Sosial şəbəkələr isə bu prosesin formasını dəyişib. Məzmun eyni qalıb, sadəcə ifadə üsulu fərqlənib və daha geniş müstəviyə keçib. Real həyatda insanlar başqalarını linç edərkən və ya manipulyasiya edərkən müəyyən məhdudiyyətləri nəzərə alırlar. Amma sosial şəbəkələr insanda belə bir psixoloji təsəvvür yaradır ki, sanki burada onu heç kim görmür, o anonimdir. Xüsusilə anonim hesablar vasitəsilə edilən linç və manipulyasiya hallarında problem daha da dərinləşir. İnsan düşünür ki, gizlidir və onu heç kim məsuliyyətə cəlb etməyəcək. Məhz bu “gizlilik” hissi onu daha aqressiv davranışlara sövq edir”. 
O deyib ki, sosial şəbəkələrin müəyyən təhrikedici təsiri də buradan qaynaqlanır sanki insanları daha sərt, daha nəzarətsiz davranmağa təşviq edir:
“Bu mühitə isə əsasən daxilində başqalarını təhqir etməyə, linç etməyə meyli olan insanlar düşür. Əslində, insan özünü islah etsə, həm real həyatda, həm də sosial şəbəkələrdə davranışına diqqət edər. Məsələ bu qədər sadədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, sosial şəbəkələrin əhatə dairəsi bu gün çox genişdir. Burada bir insanın linç edilməsi ciddi nəticələrə səbəb ola bilər. Bu baxımdan sosial şəbəkələr müəyyən qaydalar çərçivəsində nəzarətdə saxlanılmalıdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri