“Aqroservis”in kombaynları yolda sürücülərin əlindən alındı: “Kəndlini, kasıbı niyə başa düşmək istəmirlər?”
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Sürücülər bildirib ki, heç bir səbəb göstərmədən onları saxlayıb, 17 kombaynı əllərindən alan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzdindəki “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin əməkdaşları olub. Hadisə mayın 30-da günorta saat 12.00 radələrində baş verib.
Sözügedən kombaynlar Sabirabad rayonuna, 2025-ci ilin taxıl biçinində kömək etmək üçün göndərilib. Sürücülərin əlində bunu təsdiqləyən icazə sənədi də var.

“Qaradağdakı polis postunu keçdik, heç bir problem olmadı. Sonra bizi bunlar saxladılar. Heç bir izahat da vermirlər. 6-7 saatdır günün altında, ac-susuz dayanmışıq, gözləyirik. Nə işimizə baxan var, nə bir söz deyən var. Bu gün də həftənin cümə günüdür. Əgər məsələ bu gün həll olunmasa, bizə əlavə problem yaranacaq. Çünki şənbə və bazar onların iş günü deyil. Yubanacaq, qalacaq bazar ertəsinə. Kəndlini, fəhləni, kasıbı niyə başa düşmək istəmirlər?”, - deyə sürücülər şikayətlənib.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 May 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















