“Aqroservis”in səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin səhmdarlarının bu gün keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağının vaxtı fevralın 17-i, saat 15:00-a təyin edilib.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyətinin nizamnaməsində dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















