AQTA: Azərbaycan yüksək riskli məhsullar üzrə ixrac coğrafiyasını genişləndirib
Icma.az bildirir, Banco.az portalına istinadən.
Azərbaycan beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun istehsal hesabına yüksək riskli məhsullar üzrə ixrac coğrafiyasını genişləndirib.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Əziz Şərifov Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forum çərçivəsində "Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı paneldə deyib.
Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycan ərazisini xırdabuynuzlu heyvanların taun xəstəliyindən və yüksək patogenli quş qripi xəstəliyindən azad ölkə kimi tanıyıb: "Bu status ölkənin yüksək riskli məhsullar üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb".
Ə.Şərifov bildirib ki, hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə müxtəlif qida məhsulları ixrac olunur: "ABŞ, Rusiya və bir sıra Avropa ölkələri daxil olmaqla, təxminən 20 ölkəyə yüksək riskli məhsullar, o cümlədən quşçuluq məhsulları göndərilir. Təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verən məhsullar üzrə ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində tərəfdaş ölkələrlə əməkdaşlıq davam etdirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















