Icma.az
close
up
RU
Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?

Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkəmiz halal məhsulların istehsalı, emalı və ixracı sahəsində regionun əsas oyunçularından biri olmağı hədəfləyir. Nazir bildirib ki, formalaşmaqda olan qlobal halal bazarında strateji keçid qapısı rolunu oynamaq üçün əlverişli imkanlar mövcuddur.

Nazir halal sənayesinin inkişafı üçün bir sıra konkret təşəbbüslər də irəli sürüb: “Vahid halal sertifikatlaşdırma və rəqəmsal izlənmə platformasının yaradılması vacibdir. İnvestorların ehtiyacı olan əsas məsələ beynəlxalq səviyyədə tanınan vahid və etibarlı standartdır. Azərbaycan bu istiqamətdə liderlik etməyə hazırdır”

O, həmçinin, yaşıl halal aqroparkların yaradılmasını, İslam maliyyəsi alətlərinə əsaslanan xüsusi maliyyələşdirmə mexanizmlərinin tətbiqini, halal ixracın Orta Dəhlizlə əlaqələndirilməsini və insan kapitalına investisiyaların artırılmasını təklif edib.

Bəs ölkənin halal məhsullar üzrə regional lider olmaq hədəfi nə dərəcədə realdır?

“Halal iqtisadiyyat sahəsində mühüm üstünlüklərimiz var”

İqtisadçı Xalid Kərimli hesab edir ki, Azərbaycanın halal iqtisadiyyat sahəsində mühüm üstünlükləri var: “Burada əsas amillərdən biri ölkənin əlverişli coğrafi mövqeyidir. Azərbaycan Orta Dəhliz üzərində yerləşir və bu da halal standartlarına uyğun istehsal edilmiş məhsulların Mərkəzi Asiya ölkələrinə, eləcə də Avropaya ixracı üçün əlverişli imkanlar yaradır. İkinci mühüm məsələ ölkənin güclü kənd təsərrüfatı potensialına malik olmasıdır. Növbəti vacib amil isə Azərbaycanın İslam ölkələri ilə yaxşı münasibətlərə malik olması, həmçinin İslam təşkilatlarında fəal və nüfuzlu təmsil olunmasıdır. Bu da ölkəyə mövcud əlaqələrdən istifadə edərək həmin bazarlara çıxış imkanlarını genişləndirməyə şərait yaradır”.

“Halal sertifikatlaşdırma sistemi zəifdir”

İqtisadçı halal sektorun inkişafını məhdudlaşdıra biləcək amillərə də diqqət çəkir. Onun sözlərinə görə, halal iqtisadiyyatı qeyri-neft sektorunun bir hissəsi kimi qiymətləndirmək lazımdır. Bu səbəbdən qeyri-neft sektorunda mövcud olan problemlər halal sektorda və halal məhsul istehsalı sahəsində də eyni şəkildə özünü göstərəcək: “Yəni, bizneslərin şikayət etdiyi rəqabət mühitinin zəifliyi, kapitala çıxış imkanlarının məhdudluğu, yaxud müqavilələr sisteminin çevik işləməməsi kimi məqamlar burada da öz rolunu və təsirini göstərə biləcək. Ona görə də halal sektorun inkişafı məsələsinə ümumi iqtisadi islahatlar çərçivəsində yanaşmalıyıq. Bundan əlavə, ölkədə ümumilikdə halal sertifikatlaşdırma sistemi zəifdir. Nəzərə almaq lazımdır ki, kifayət qədər güclü daxili istehsala malik İslam ölkələri var. Yəni, bu istiqamətdə dünya bazarında kifayət qədər güclü rəqiblərimiz var. Biz hazırda bu sahədə fəaliyyəti necə qura biləcəyimizi düşünürüksə, onlar artıq bu istiqamətdə ciddi addımlar atıblar”.

“Həm də halal maliyyə tələb edir”

X.Kərimli hesab edir ki, Azərbaycanın halal iqtisadiyyat sahəsində potensialı olsa da, beynəlxalq rəqabətdə mövqeyini gücləndirmək üçün bir sıra istiqamətlərdə ciddi işlər görülməlidir: “Məsələn, bizim məhsullar Malayziya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə məhsulları ilə müqayisədə “Made in Azerbaijan” brendi baxımından xeyli zəif tanınır. Daha sonra istehsal həcmlərinin məhdudluğu, yəni daxili bazarın miqyasının kiçik olması, eyni zamanda logistik xərclərlə bağlı problemlər ona gətirib çıxarır ki, ixrac yönümlü iqtisadiyyat ciddi çətinliklərlə üzləşir. Amma halal iqtisadiyyatdan danışanda yalnız qidadan və ya ərzaq məhsullarından danışmamalıyıq. Burada halal maliyyə, halal turizm, halal logistika kimi istiqamətlər də var. Xüsusilə İslam maliyyəsi ölkədə inkişaf etdirilməlidir. İslam maliyyəsinin inkişafından danışarkən söhbət İslam prinsiplərinə uyğun fəaliyyət göstərən bankçılıq və maliyyə xidmətləri sektorunun formalaşdırılmasından gedir. Çünki halal məhsulların istehsalı həm də halal maliyyə tələb edir”.

“Bu hədəf təsadüfi deyil”

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Azərbaycanın halal məhsulların istehsalı, emalı və ixracı sahəsində regional liderə çevrilmək hədəfi təsadüfi deyil. Onun sözlərinə görə, ölkədə bunun üçün zəruri imkanlar və əlverişli şərait mövcuddur: “Halal istehsal sistemi kənd təsərrüfatının inkişafına əlavə təkan verə bilər. Buna görə də bu sahəyə xüsusi diqqət yetirilməsi böyük əhəmiyyət daşıyır. Hazırda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun ÜDM-də payı 5,9% təşkil edir. Halbuki ölkədə rəsmi məşğul əhalinin 1,5 milyondan çoxu aqrar sektorda çalışır. Bu göstəricilər aqrar sahədə məhsuldarlığın hələ də arzuolunan səviyyədə olmadığını göstərir. Ümumiyyətlə, hər hansı sahədə yüksək əməktutumluğun mövcudluğu iqtisadi səmərəliliyin aşağı olmasına işarə edir. İşçi qüvvəsinin nisbətən az, məhsuldarlığın isə yüksək olduğu sahələrdə texnologiyalardan, mexanizasiya vasitələrindən və elmi yeniliklərdən daha səmərəli istifadə edilir. Halal məhsulların istehsalı, emalı və ixracı da məhz belə yanaşma tələb edir”.

“Bu, ölkə iqtisadiyyatına valyuta axını təmin edə bilər”

Ekspert bildirir ki, halal sənayesinin inkişafı ölkə iqtisadiyyatına Yaxın Şərq ölkələrindən valyuta axını təmin edə bilər: “Ümumiyyətlə, sözügedən sahədə sənayenin tələb olunan səviyyədə formalaşması üçün İslam ölkələrinin bazarlarına asan çıxış əldə olunmalı, rəqabət prinsiplərinə əməl edilməlidir. Hətta hesab edirəm, ortalıqda qabaqcadan hazırlanmış konkret dövlət proqramı sənədi olmalıdır”.( Kaspi.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyul 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri