AQTA Cenevrədə keçirilən beynəlxalq tədbirdə həmsədr qismində iştirak edib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 22 may, AZƏRTAC
Cenevrə şəhərində keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində “Qidalanma çatışmazlıqlarının aradan qaldırılmasında tərəqqi və öhdəliklər: Qidaların vitamin və minerallarla zənginləşdirilməsinin genişləndirilməsi” mövzusunda təşkil olunan beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həmsədr qismində iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi 2023-cü ilin may ayında qəbul edilmiş WHA76.19 qətnaməsi üzrə ilk rəsmi tərəqqi hesabatını təqdim etmək, həmçinin mikronutrient çatışmazlığı ilə mübarizə istiqamətində qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Tədbirdə agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın çıxışında Azərbaycanın qidaların zənginləşdirilməsi sahəsində regionun lider ölkələrindən biri olduğu vurğulanıb. Bildirilib ki, bunun əsasını “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda qida məhsullarının zənginləşdirilməsinə dair hüquqi mexanizmlərin təsbit edilməsi və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər təşkil edir.
Tədbirdə müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və qidalanma sahəsində fəaliyyət göstərən tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində qidaların zənginləşdirilməsi sahəsində beynəlxalq təcrübə, mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 May 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















