Icma.az
close
up
RU
Azərbaycan nümayəndələri Cenevrədə tədbirdə FOTOLAR

Azərbaycan nümayəndələri Cenevrədə tədbirdə FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən “Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təşkil olunan “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsində və Xeyir üçün Süni İntellekt Zirvə Görüşündə (AI for Good Summit) təmsil olunub. 

"Unikal" xəbər verir ki, layihənin tələblərinə uyğun olaraq “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-05) sədri – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Texniki Komitənin əlaqələndiricisi – Azərbaycan Standartlaşdırma İnstitutunun Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhrinin layihədə iştirak etmək məqsədilə namizədliyi ISO tərəfindən təsdiq edilib.

Müsabiqənin qalibləri kimi Azərbaycan Respublikası ilə yanaşı, Bahama adaları, Braziliya, Böyük Britaniya, Kanada, Misir, Hindistan, İndoneziya, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Uqanda və Amerika Birləşmiş Ştatlarının nümayəndələri də layihədə iştirak etmək hüququ qazanıblar. 

Layihənin əsas məqsədi maraqlı tərəfləri süni intellektin idarə olunması sahəsində beynəlxalq və yerli standartlara uyğun ən yaxşı tənzimləmə təcrübələri barədə məlumatlandırmaq, həmçinin süni intellekt siyasəti və standartları ilə bağlı bilik və təcrübə mübadiləsini təşviq etməkdir.

Tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” və süni intellekt sahəsində “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-05) tərəfindən qəbul olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq etdiyi standartlar barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində seçilmiş nümayəndələr Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil olunan “Artificial Intelligence for Good” adlı qlobal süni intellekt sammitinə də qatılıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri