Icma.az
close
up
RU
AQTA da baş verənlərlə bağlı səs küylü açıqlama: laboratoriyalarda nələr gizlədilir?

AQTA da baş verənlərlə bağlı səs küylü açıqlama: laboratoriyalarda nələr gizlədilir?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə Prezidenti dövlət idarəçiliyində ictimai iştirakçılıq və ictimai nəzarətin əhəmiyyətini dəfələrlə vurğulayıb. Bu amilləri şəffaflığın və obyektivliyin əsas dayaqları kimi qiymətləndirib. Dövlət rəhbərliyi ictimai nəzarət institutunun formalaşmasını və gücləndirilməsini daim dəstəkləyib, onun vacibliyinə müxtəlif çıxışlarında xüsusi diqqət çəkib.

Lakin son dövrlər fəaliyyəti ilə geniş ictimai müzakirələrə səbəb olan və cəmiyyətdə ciddi narazılıq doğuran Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın fəaliyyəti praktiki olaraq dayanıb. Halbuki ictimai şuralar vətəndaşların idarəetmədə iştirakını təmin edən, cəmiyyəti narahat edən məsələlərin həllinə dəstək göstərən və dövlət orqanlarında ictimai rəyin təmsilçisi kimi çıxış edən mühüm strukturlardır.

Məlumata görə, AQTA yanında yaradılmış İctimai Şuranın fəaliyyət müddəti artıq başa çatıb, lakin yeni tərkibin formalaşdırılması istiqamətində indiyədək heç bir addım atılmayıb. Qanunvericiliyə əsasən, ictimai şuralara seçkilər iki ildən bir keçirilməlidir. Buna baxmayaraq, Agentlikdə bu müddət artıq yeddi aydır bitib, amma yeni seçkilərin keçirilməsi hələ də gündəmə gətirilməyib.

Qida Təhlükəsizliyi Agentliyi nə üçün qanunla müəyyən olunmuş qaydalara əməl etmir və ictimai şuranın yenilənməsini gecikdirir?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, İctimai Şurada iki il fəaliyyət göstərdiyi müddətdə əsasən Qida Təhlükəsizliyi Agentliyinin məmurları ilə mübarizə aparmalı olub:

“İctimai Şura ilk dəfə yaradılan zaman mən oraya seçildim və iki il ərzində üzv kimi fəaliyyət göstərdim. Bu iki il demək olar ki, yalnız agentlikdəki məmurlarla mübahisələrlə keçdi. Şuraya əsasən biznes assosiasiyaları daxil edilmişdi. Onlar isə Qida Təhlükəsizliyi Agentliyindən asılı olduqları üçün real ictimai nəzarət mümkün deyildi. Hətta bir biznes qurumunun nümayəndəsi Şura sədri seçilmişdi”.

Onun sözlərinə görə, İctimai Şura üzvləri agentlikdə qəbul edilən qərarlar, kollegiya iclaslar və daxili proseslər barədə məlumat ala bilmirdilər:

“Mən dəfələrlə tələb edirdim ki, biz AQTA-da qəbul edilən qərarları öncədən bilməliyik. Lakin iki il ərzində Agentliyin “mətbəxinə” daxil olmaq imkanım olmadı. Kollegiyaların nə zaman keçirildiyi, hansı qərarların qəbul olunduğu barədə bizə məlumat verilmir, sadəcə, kənardan müşahidə etməyə məcbur idik”.

E.Hüseynov bildirib ki, hətta bəzi hallarda İctimai Şura üzvləri ilə ciddi fikir ayrılıqları yaranıb:

“Genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı qanun layihəsi müzakirəsində doqquz nəfər AQTA nümayəndəsi mənimlə “razborka”ya belə çağırıldı. Məndən tələb edirdilər ki, sübut edim ki, GMO yemlə qidalanan heyvanların ətində və südündə həmin təsirlər qalır. Mən bunun elmi cəhətdən mümkünlüyünü əsaslandırırdım, amma laboratoriyalar agentliyin nəzarətində idi və nəticə əldə etmək çətin idi”.

Ekspert qeyd edib ki, iki illik təcrübəsi nəticəsində İctimai Şuranın heç bir real təsir mexanizminə malik olmadığını anlayıb:

“Marketlərdə soyuducuların enerji qənaətinə görə isti rejimdə işləməsi, məhsulların xarab olması kimi sadə məsələləri qaldırırdım. Amma heç bir reaksiya olmadı. İctimai Şuralar yalnız formal xarakter daşıyır. Prezidentin İctimai Şuraların fəaliyyətinə dair çağırışları çox düzgün və vacibdir, lakin təəssüf ki, dövlət qurumları bu şuraları formal yaradır, qapılarını bağlı saxlayır, məlumat almağı məhdudlaşdırırlar”.

Eyyub Hüseynov

Müsahibimiz bildirib ki, bu şəraitdə İctimai Şuraların mövcudluğu formal xarakter daşıyır və belə şuraların “adına görə” fəaliyyət göstərməsi cəmiyyətə heç bir fayda vermir:

“Əgər ictimai şuralar real təsir gücünə malik deyilsə, onların olmaması daha yaxşıdır. Üstəlik, QHT sektorunda da təmizlənmə prosesi aparılmalıdır. Hətta bəzi QHT rəhbərləri barəsində cinayət işləri mövcuddur. Ən böyük problemlərdən biri isə QHT-lərin media ilə zəif işləməsidir”.

E.Hüseynov hesab edir ki, Qida Təhlükəsizliyi Agentliyi yeni İctimai Şura yaratmasa da olar:

“Onsuz da bu qurumda vəziyyətə təsir mexanizmi yoxdur. Niyə bu şuralar formal yaradılır, bunu da mənə heç kim izah edə bilmir”.

Sonda Eyyub Hüseynov onu da qeyd edib ki, bu məsələdə rayon icra hakimiyyətlərində fəaliyyət göstərən İctimai-Siyasi şöbələrin rolu da önəmlidir:

“Mən 30 ildən artıqdır Nəsimi rayonunda yaşayıram və eyni zamanda, bu təşkilatın sədriyəm. Amma həmin dövrdə bir dəfə belə Nəsimi Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi şöbəsi bizim fəaliyyətimizlə maraqlanmayıb, heç bir tədbirə çağırmayıb. Bu, həm bizim təmsil olunmadığımızın, həm də icra hakimiyyətindəki İctimai-Siyasi şöbələrin fəaliyyətinin effektsizliyinin açıq göstəricisidir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri