AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkarlanmış nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib.
Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır:
- Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 56;
- Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 63, 2403-cü məhəllə;
- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 16 Sentyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















