Icma.az
close
up
RU
Heyvan kəsimi məntəqələrində yoxlamalar dayandırılıb? KONKRET

Heyvan kəsimi məntəqələrində yoxlamalar dayandırılıb? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi məntəqələrində aparılan yoxlamaların dayandırıldığı bildirilir. Məlumata görə, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin tapşırığı əsasında verilib. Yoxlamaların müvəqqəti dayandırılmasına səbəb kimi ictimai narazılıqlar, rüşvət iddiaları və bu istiqamətdə yaranan gərginliklər göstərilir.

KONKRET.az xəbər verir ki, AQTA-dan Globalinfo.az-a Qida Təhlükəsizliyi Agentliyinin aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər və yoxlama-nəzarət tədbirlərini davam etdirdiyi bildirilib.

“Ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri görülür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir”, – məlumatda deyilib.

Qurumdan o da qeyd edilib ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır:

“Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Sonda istehlakçılardan xahiş edirik ki, ət alarkən, satıcıdan mütləq şəkildə baytarlıq müşayiətedici sənədlərini tələb etsinlər. Xüsusilə dünyada və regionda yoluxucu heyvan xəstəliklərinin yayılma riski nəzərə alınıraq, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qarşı ictimai nəzarətin artırılması vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri