Icma.az
close
up
RU
AQTİ nin mütəxəssisi EPPO nun 75 illik yubileyi çərçivəsində keçirilən vebinarda çıxış edib

AQTİ nin mütəxəssisi EPPO nun 75 illik yubileyi çərçivəsində keçirilən vebinarda çıxış edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) 75 illik yubileyi çərçivəsində təşkil olunan vebinarda çıxış edib.

Bu barədə AZƏRTAC-a AQTİ-dən məlumat verilib.

Bildirilib ki, “EPPO Jens-Georg Unger Plant Health Fellowship” təqaüd proqramının nailiyyətlərinə həsr olunmuş vebinarda AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının molekulyar bioloqu Gülər Bayramova iştirak edib. O, 2023-cü ildə layiq görüldüyü təqaüd proqramı çərçivəsində 2024-cü ilin fevral–iyul aylarında Almaniyanın Braunşveyq şəhərində apardığı tədqiqatın nəticələri barədə geniş məlumat verib.

Qeyd olunub ki, tədqiqat “Pomidor və bibər toxumlarında pomidorun bürünclük virusunun mövcudluğu və toxum vasitəsilə yayılma risklərinin qiymətləndirilməsi” mövzusuna həsr olunub. Gülər Bayramova deyib ki, aparılan tədqiqatın nəticəsi virusun davranışının mürəkkəb xarakter daşıdığını və onun toxumlar vasitəsilə yayılma potensialının daha ətraflı araşdırılmasının vacibliyini ortaya qoyur. Bu yanaşma bitki sağlamlığı sahəsində risklərin daha düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təqdimatda, həmçinin EPPO təqaüd proqramının elmi bilik və bacarıqların inkişafına, beynəlxalq təcrübənin əldə olunmasına və yeni elmi əməkdaşlıqların qurulmasına verdiyi töhfələr xüsusi vurğulanıb.

Qeyd edək ki, vebinara EPPO-nun 24 üzv ölkəsi daxil olmaqla, ümumilikdə 26 ölkədən 60-dan çox iştirakçı qatılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri