Icma.az
close
up
RU
BDU nun rektoru “EduData Summit 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

BDU nun rektoru “EduData Summit 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Quacquarelli Symonds” (QS) Agentliyinin təşkilatçılığı ilə Sinqapur şəhərində keçirilən “EduData Summit - 2025” tədbirində “2030-cu ilin universiteti – müəssisəniz necə görünəcək?” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sessiyada hazırda qlobal miqyasda ali təhsildə müşahidə olunan dəyişikliklər, bu dəyişikliklərin universitetlərin fəaliyyətinə təsiri, sənaye və texnologiya şirkətləri ilə yeni əməkdaşlıq modellərinin qurulması və süni intellektə əsaslanan rəqəmsal keçid mərhələsində verilənlərin transformasiya gücündən istifadə etmək üçün innovativ yanaşmaların mümkün etik tətbiqi imkanları mövzularında müzakirələr aparılıb. Rektor Elçin Babayev tədbirdə çıxış edərək BDU-nun bu keçid dövründə strateji mövqeyindən, hədəflərindən, bu istiqamətdə həyata keçirilən layihələrdən və yenilikçi təşəbbüslərdən bəhs edib.

Rektor çıxışında qeyd edib ki, BDU ənənəvi tədris modeli ilə yanaşı, sənaye, texnologiya şirkətləri və beynəlxalq akademik qurumlarla əməkdaşlığı genişləndirməklə tələbələrin müasir ehtiyaclarına cavab verən çevik və rəqəmsallaşmış yeni təhsil mühitinin formalaşdırılmasına çalışır. Bu istiqamətdə süni intellekt əsaslı rəqəmsallaşmanın roluna diqqət çəkərək universitetlərin yalnız bilik ötürən deyil, həm də innovasiya yönümlü insan kapitalını inkişaf etdirən və cəmiyyətin inkişafına töhfə verən institutlar kimi yenidən dizayn edilməsinin vacibliyini vurğulayıb. Həmçinin BDU-da yaradılan Süni intellekt etikası kafedrasında süni intellektin dərin yan təsirləri ilə mübarizə yollarının araşdırılması, süni intellekt sistemlərinin məqsədyönlü inkişafı və tətbiqi məqsədləri barədə ətraflı məlumat verib.

Paneldə BDU-nun rektoru ilə yanaşı, “Open Story” şirkətinin təsisçisi Siok Siok Tan, “Reactor School”un baş direktoru Xairul Rusydi, “SoMin.ai” platformasının qurucusu Aleks Farseev və sessiyanın moderatoru, QS-in Strateji məzmun meneceri Laura Laytfinx də çıxış ediblər. Müzakirələr zamanı süni intellektin təhsildə rolu, qeyri-ənənəvi təhsil formatlarının yayılması və universitetlərin gələcəkdə hansı imkanlara və əməkdaşlıq modellərinə ehtiyac duyacağına dair məsələlər ön plana çıxıb. BDU-nun “EduData Summit - 2025” beynəlxalq platformasında fəal iştirakı universitetin qlobal təhsil məkanında artan nüfuzunun və dəyişən reallıqlara uyğun strateji transformasiya istiqamətində uğurlu yol xəritəsinin göstəricisi kimi qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri