Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Araik, Bako və Mehdiyev hansı sirri aça bilər? Azərbaycanın gözlədiyi xəbər...

Araik, Bako və Mehdiyev hansı sirri aça bilər? Azərbaycanın gözlədiyi xəbər...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Keçmiş hakim Kamal Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı prosesdə adının hallanmasına münasibət bildirib. O, Mehdiyevlə əlaqəsinin olmadığını deyib.

Məlum olduğu kimi, K.Əliyev “Tərtər işi” ilə bağlı verilən qərarlara görə məhkəmə sistemindən uzaqlaşdırılıb. Bir müddət əvvəl keçmiş deputat Elton Məmmədov da onu “Tərtər işi” ilə bağlı qərar verməkdə, eləcə də sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov və Ramiz Mehdiyevlə əlbir olaraq hərbçilərə zülm etməkdə ittiham etmişdi.

“Tərtər işi” çərçivəsində casusluq iddialarına görə Bakıdakı separatçıların da mühüm faktları aça biləcəkləri deyilir. Bu prosesdə Ramiz Mehdiyev və keçmiş qondarma rejimin liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan “Tərtər işi” ilə bağlı dindirilə bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, adıçəkilən şəxslərin dindirilməsi mümkündür.

O qeyd edib ki, bu, “Tərtər işi” də daxil olmaqla bir çox məsələləri əhatə edə bilər:

“Tərtər işi” artıq çox mürəkkəb və həssas bir məsələyə çevrilib. Bu mövzu bəzən Azərbaycan dövlətinə qarşı, hətta Azərbaycanın hərbi-siyasi qələbəsinə kölgə salmaq məqsədilə istifadə olunur. Bildiyimiz kimi, Dövlətimiz bu iş üzrə istintaqı yenidən aparmağa qərar verdi. Nəticədə bir çox şəxs bəraət aldı, bəzi şəxslər isə məsuliyyətə cəlb edildi. Bu faktlar göstərir ki, məsələ dövlət üçün ciddi əhəmiyyət kəsb edir. Bununla belə, daxildə və xaricdə müəyyən qüvvələr mövcud hadisədən dövlətimizə qarşı istifadə etməyə çalışırlar. Təəssüf ki, bu qüvvələr arasında ölkə daxilindən olanlar da var. Ermənistan tərəfi də zaman-zaman məsələdən manipulyasiya məqsədilə istifadə etməyə cəhd göstərir. Əlbəttə, bütün bunlar Azərbaycanın qələbəsinə və ərazi bütövlüyünün bərpasına kölgə sala bilməz. Lakin hələ də mövzu ətrafında fərqli və bəzən təxribat xarakterli fikirlər səsləndirilir”.

Xəyal Bəşirov sabiq deputat Elton Məmmədovun dediklərinə belə münasibət bildirib:

“Elton Məmmədov bir vaxtlar Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA-da fəaliyyət göstərib. Sonradan münasibətlərində ziddiyyətlər yaranıb, mövqeləri toqquşub. Hazırda Vəkillər Kollegiyasının üzvü olan Kamal Əliyev də vaxtilə hakim olub və bu məsələ ilə bağlı sərt açıqlamalar verib. Bu isə göstərir ki, hətta eyni komandada yer alan şəxslər belə müəyyən mərhələlərdə bir-birinə qarşı mübarizə aparıblar. Azərbaycan dövləti, istintaq orqanları və Bakı Hərbi Məhkəməsi üçün dövlət maraqları nə tələb edirsə, bu istiqamətdə zəruri suallar həmin şəxslərə verilir. Ehtimal olunur ki, sualların bir qismi artıq ibtidai istintaq mərhələsində verilib. Çünki Araik Arutyunyan, Bako Saakyan, David İşxanyan və digərləri ilə bağlı həmin şəxslərin məlumatlı olmaması inandırıcı görünmür. Onların ən azı bu şəxslərin fəaliyyəti barədə məlumatlara malik olduqları ehtimal edilir”.

Xəyal Bəşirov

Ekspert qeyd edib ki, hazırda istintaq davam etdiyindən, bəzi məlumatlar ictimaiyyətə açıqlanmır:

“İstintaq sirrinin qorunması hüquqi baxımdan vacibdir. Həmçinin, hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin işi üzrə məhkəmə istintaqı gedir, ifadələri alınır, şahidlər dindirilir. Bu mərhələdə “Tərtər işi” ilə bağlı onlara sualların verilməsi mümkündür. Əgər bu dindirmələr qapalı keçiriləcəksə, ictimaiyyət bununla bağlı hələlik məlumat ala bilməyəcək. Amma məhkəmə yekunlaşdıqdan və hökm elan edildikdən sonra cəmiyyətə rəsmi məlumat verilə bilər. Bununla yanaşı, ola bilər ki, məhkəmə prosesi açıq keçiriləcək və istintaqın bu hissəsi ilə bağlı ictimaiyyət dərhal məlumatlandırılacaq”.

X.Bəşirov hesab edir ki, “Tərtər işi” ilə bağlı adıçəkilən şəxslərə sualların verilməsi real ehtimaldır və onların cavabları indiyədək məlum olmayan faktları üzər çıxara bilər:

“Bu, həm bizə qarşı “Tərtər işi”ndən istifadə edən qüvvələrin əsl niyyətlərini ifşa edə bilər, həm də məsələnin özündə gizli qalan məqamların aydınlaşdırılmasına yardımçı olar. Unutmaq olmaz ki, cinayət proseslərində əsasən ibtidai istintaq zamanı cavabı tapılmayan suallar məhz məhkəmə istintaqı zamanı cavablandırılır. Bu baxımdan, qeyd olunan ehtimallar tamamilə əsaslıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri