Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Araik və dəstəsi o halda TƏHVİL veriləcək? Bakıdan REAKSİYA

Araik və dəstəsi o halda TƏHVİL veriləcək? Bakıdan REAKSİYA

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.
Belə bir humanist addım fonunda sosial mediada aparılan müzakirələrdə hazırda məhkəməsi gedən digər ermənilərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalı ortaya çıxıb. Lakin APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdyi məlumata görə, belə ehtimal yoxdur. “Bu ehtimallar illyuziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”,- deyə hakimiyyətdəki mənbə bildirib.
Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib: “Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar”.

Belə bir məşhur söz var: “Heç vaxt “heç vaxt” demə”. Bu deyim konkret məsələdə də keçərlimi? Yəni hansı halda Araik və digərləri də təhvil verilə bilər? Yekun sülh sazişindən sonra bu mümkün görünürmü?

Deputat Elçin Mirzəbəylinin Musavat.com-a bildirdiyinə görə, Azərbaycanın apardığı siyasət təkcə hərbi-siyasi qələbə ilə deyil, həm də hüquqa, beynəlxalq öhdəliklərə və humanizm prinsiplərinə söykənən davranış modeli ilə xarakterizə olunur. Deputat hesab edir ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılaşma, həmçinin humanist yanaşma çərçivəsində Azərbaycan məhkəmələrinin hökmü ilə cəza çəkən dörd nəfərin Ermənistana təhvil verilməsi bu yanaşmanın bariz nümunəsidir: “Lakin bu humanist addımın dərhal sonra sosial mediada manipulyativ müzakirələrə çevrilməsi, xüsusilə də hazırda məhkəməsi davam edən separatçı-terrorçu xuntanın rəhbərlərinin də guya eyni taleyi yaşaya biləcəyi barədə ehtimalların tirajlanması təsadüfi deyil. Bu, bir tərəfdən mövcud proseslərin mahiyyətini təhrif etməyə, digər tərəfdən isə Azərbaycan cəmiyyətində əsassız gözləntilər və ya narahatlıqlar yaratmağa hesablanmış informasiya təxribatıdır. APA-nın hakimiyyətdəki mənbələrə istinadən yaydığı məlumat isə bu spekulyasiyalara birmənalı şəkildə son qoyur”.

E.Mirzəbəyli bildirib ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş, soyqırım, etnik təmizləmə, işgəncə, mülki əhalinin qətli və terror fəaliyyətində iştirak etmiş şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur: “Bu mövqe təkcə siyasi iradə deyil, həm də hüquqi məcburiyyətdir. Humanizm ilə cəzasızlıq arasında qalın qırmızı xətt var. Bəzən ictimai rəydə belə bir yanlış yanaşma formalaşdırılmağa çalışılır ki, guya humanizm prinsipi bütün hallarda və bütün şəxslərə şamil edilə bilər. Halbuki beynəlxalq hüquq humanizmi cəzasızlıqla eyniləşdirmir. Əksinə, Nürnberq tribunalından başlayaraq bu günə qədər formalaşmış beynəlxalq hüquq doktrinasının əsas ideyalarından biri budur ki, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər bağışlanmır və siyasi razılaşmaların predmeti ola bilməz”.

Deputatın sözlərinə görə, separatçı-terrorçu rejimin rəhbərləri və funksionerləri sıravi hərbi qulluqçu və ya münaqişə iştirakçısı deyillər: “Onlar uzun illər ərzində Azərbaycan ərazilərində qeyri-qanuni silahlı birləşmələrə rəhbərlik etmiş, mülki əhaliyə qarşı sistemli zorakılıq həyata keçirmiş, mina terroru, etnik nifrətin təşviqi və dövlət suverenliyinə qarşı silahlı fəaliyyətin birbaşa təşkilatçıları olublar. Bu kateqoriyaya aid şəxslərin məsuliyyəti nə “humanitar jest”, nə də diplomatik sövdələşmə mövzusu ola bilər.
Tez-tez sitat gətirilən “Heç vaxt “heç vaxt” demə” ifadəsi siyasi praktikada müəyyən elastikliyi ifadə etsə də, bu məsələ konkret kontekstdə tətbiq edilə bilməz. Çünki söhbət adi siyasi qərardan yox, cinayət məsuliyyətindən gedir. Araik Arutyunyan və onunla eyni statusda olan digər separatçı-terrorçu liderlərin təhvil verilməsi üçün hüquqi zəmin yoxdur və ola da bilməz. Bunun bir neçə fundamental səbəbi var”.

Onun fikrincə, birinci səbəb cinayətlərin xarakteri ilə bağlıdır: “Onlara qarşı irəli sürülən ittihamlar təkcə Azərbaycan Cinayət Məcəlləsinin deyil, həm də beynəlxalq humanitar hüququn ən ağır maddələrini əhatə edir. Bu cinayətlər universal yurisdiksiya prinsipi çərçivəsində istənilən halda araşdırılmalı və cəzalandırılmalıdır. Digər səbəb cinayətlərin Azərbaycan ərazisində törədilməsidir. Əməllər Azərbaycanın suveren ərazisində, Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilib. Bu isə istintaq və məhkəmə səlahiyyətini tam şəkildə Azərbaycan dövlətinə məxsus edir. Başqa bir səbəb presedent təhlükəsi ilə əlaqədardır. Belə şəxslərin təhvil verilməsi gələcəkdə oxşar cinayətlərin təşviqi anlamına gələ və “ağır cinayət törət, sonra siyasi razılaşma ilə məsuliyyətdən yayın” kimi təhlükəli presedent yarada bilər. Hətta yekun sülh sazişindən sonra da bu istiqamətdə vəziyyətin dəyişməsi mümkün deyil. Qeyd edim ki, yekun sülh sazişi dövlətlərarası münasibətləri normallaşdıran siyasi-hüquqi sənəddir. O, fərdi cinayət məsuliyyətini ləğv etmir və edə də bilməz. Beynəlxalq təcrübədə sülh sazişləri müharibə cinayətkarlarının avtomatik azadlığa buraxılması üçün hüquqi əsas yaratmayıb. Əksinə, dayanıqlı sülhün əsas şərtlərindən biri məhz ədalətin bərpasıdır. Azərbaycanın mövqeyi bu baxımdan aydındır və dəyişməzdir.
Sülh revanşizm üzərində deyil, hüquq və məsuliyyət üzərində qurulmalıdır. Cinayətkarın cəzalandırılması sülhə maneə deyil, sülhün təminatıdır. Bu baxımdan, dörd nəfərin Ermənistana təhvil verilməsi Azərbaycan dövlətinin güclü, özünə güvənən və humanizmə açıq olduğunu göstərir. Lakin bu addım nə zəiflikdir, nə də prinsipial mövqedən geri çəkilmə. Azərbaycan açıq şəkildə göstərir ki, humanizm günahsızlara, hüququn sərt üzü cinayətkarlara aiddir. Separatçı-terrorçu xuntanın rəhbərləri və Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslər törətdikləri əməllərə görə cavab verəcəklər. Bu, siyasi qərar yox, hüquqi zərurətdir. Və bu məsələdə “heç vaxt” sözü tam mənası ilə keçərlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri