Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Bakıdan ABŞ Konqresinə sərt REAKSİYA

Bakıdan ABŞ Konqresinə sərt REAKSİYA

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən həftə ABŞ Konqresində Azərbaycana qarşı növbəti qərəzli təşəbbüs irəli sürülüb.

Daha dəqiq desək, 87 nəfər ermənipərəst konqresmen Prezident Donald Trampa müraciət edib. Onlar bununla bağlı Dövlət katibi Marko Rubioya məktub göndəriblər.

Demokratlar və Respublikaçılar partiyalarından olan konqresmenlər ABŞ-nin ermənilərin Qarabağa qayıdışını təmin etməyə çağırıb. 87 konqresmenin iddiasına görə, guya ermənilərin Qarabağa qayıdışı beynəlxaq hüquqa və regionda ədalətli, davamlı sülhün bərqarar olmasına uyğundur. 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda ABŞ Konqresinin belə təxribatçı addımı sülhə xidmət etmir.

Xüsusilə ABŞ-nin prosesdə vasitəçilik etmə ehtimalının gündəmdə olduğu bir zamanda ermənipərəst konqresmenlərin bu məktubu danışıqlara birbaşa zərbə mahiyyəti daşıyır.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, 87 konqresmeninin müraciəti başdan sona yanlışdır:

“Əvvəla, ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər. Kimsə onları məcburi şəkildə çıxarmayıb. Ümumiyyətlə, onların böyük əksəriyyəti tarixən Qarabağda yaşamayıblar, orada doğulmayıblar. Buna görə də çox asanlıqla ərazilərimizi tərk etdilər.

Qarabağda doğulmuş və Azərbaycan vətəndaşı olan ermənilər də var. Rəsmi Bakı dəfələrlə onlara müraciət edərək, evlərində qalmalarını istəmiş və təhlükəsizliklərinə təminat vermişdi. Lakin əfsuslar olsun ki, həmin ermənilər Azərbaycan hökumətinin çağırışına adekvat cavab vermədilər”.

Siyasətçi diqqətə çatdırıb ki, hər zaman böyük dövlətlər imperialist maraqlarını reallaşdırmaq məqsədilə ermənilərdən alət kimi istifadə edirlər:

“Onların əsas niyəti ermənilərin hüquqlarını qorumaq deyil. Sadəcə olaraq regionda ABŞ-nin güclənməsinə nail olmaq istəyirlər. Ermənilərin bu cür müdafiəsi də onu göstərir ki, ABŞ Konqresi yenə də problem yaratmağa çalışır.

Konqres Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ərəfəsində belə bir məsələnin qaldırılması ilə sülhə töhfə verməkdənsə, münasibətləri daha da gərginləşdirmək xəttini tutur”.

Lakin partiya sədri vurğulayıb ki, ABŞ Konqresin bununla bağlı mövqeyi həlledici deyil:

“Hökumətin münasibəti daha vacibdir. Əgər hökumət Konqresə adekvat cavab verməsə, deməli, Tramp administrasiyası son vaxtlar sözdə bəyan etdiyi kimi, əməldə də sülhə doğru addımlar atmağa çalışır.

Çünki Qarabağdan könüllü köçən Azərbaycan vətəndaşı olan ermənilərin geri qayıtması üçün hansısa əngəl mövcud deyil. Üstəlik, bunun üçün beynəlxalq təşəbbüslərə də ehtiyac yoxdur”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: ABŞ Konqresi Mütəllim Rəhimli Bakı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri