Icma.az
close
up
RU
Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xameneinin müşaviri Vilayəti Ermənistanın Tehrandakı səfəri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. Bildirib ki, “Tramp marşrutu” əslində Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna qarşıdır”.

Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı köhnə mövqeyi xarici işlər naziri Abbas Arakçının Bakı səfərindən sonra yenidən gündəmə gətirməsi İranın siyasi elitasındakı ziddiyyətlərdən qaynaqlanır.

Pezeşkian administrasiyası Zəngəzur dəhlizini İrana qarşı iddia edildiyi kimi təhlükə olaraq görmür. Arakçının səfəri də regiondakı mövcud şərtlərdə - tranzit layihələri və siyasi-təhlükəsizlik arxitekturasında İranın maraqlarının nəzərə alınması ətrafında Azərbaycanla müzakirələr aparmağa hesablanmışdı. Bu səfər həm də İranın mövcud administrasiyasının mühafizəkarlara qarşı mövqeyinin gücləndirilməsi məqsədi daşıyırdı: görünür, mühafizəkarların Azərbaycan və Zəngəzur dəhlizi haqda yaratdıqları süni qorxunu qəbul etməyən Pezeşkian İranın maraqlarına qarşı təhlükənin olmadığını yenidən təsdiq etmək, bununla arqumentlərini gücləndirmək ehtiyacı duyub;

Vilayətinin Ermənistan səfiri ilə görüşü isə Arakçının Bakı səfərinə qarşı demarş kimi görünür. İstisna deyil ki, erməni səfirlə görüş təşəbbüsü də Xameneinin müşavirindən gəlib, bununla həm Zəngəzur dəhlizinə qarşı mövqeyi yenidən gündəmə gətirir, həm də Pezeşkian komandasına mesaj verirlər. Hərçənd, rəsmi İrəvan da artıq mühafizəkarların mövqeyini bölüşmür. Ermənistan səfirliyinin görüşlə bağlı məlumatda Vilayətinin Zəngəzur dəhlizi haqda fikirlərinə yer verməməsi də bunu təsdiq edən detallardandır.

Mühafizəkarların hadisələrin inkişafına yön vermək üçün müəyyən cəhdlər edəcəyi mümkündür.

- İranın rəsmi mövqeyini bütövləşdirmək məqsədilə daxildə Pezeşkian administrasiyasına təzyiqlərin artırılması;

- İran-Azərbaycan münasibətlərində normallaşma prosesini pozmağa hesablanmış addımların atılması;

- Ermənistanla təmasları sıxlaşdıraraq, rəsmi İrəvanın mövqeyinə təsirin edilməsi;

- Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkətin edilməsi;

Zəif görünən bu cəhdlərin nəticə verməsi ehtimalı da azdır. Ümumiyyətlə, İranın Zəngəzur dəhlizi layihəsini dayandırmaq imkanları məhduddur.

1. Daha öncə dəhlizə qarşı Tehranla eyni cəbhədən çıxış edən Paşinyan hakimiyyətinin mövqeyi 180 dərəcə dəyişib;

2. İranın qarşısında artıq Azərbaycan və Ermənistan yox, ABŞ var;

3. Ukraynada istədiyini almağa çalışan Rusiya Cənubi Qafqazda ABŞ-ın planlarını nəzərə alacaq: hətta Vaşinqton-Moskva anlaşmaları baş tutmasa belə Kremlin prosesə təsir rıçaqları əvvəlki qədər güclü deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri