Icma.az
close
up
RU
İranın Zəngəzur yalanları

İranın Zəngəzur yalanları

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"İranda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr səngimək bilmir. Rəsmi şəxslər və çoxsaylı ekspertlər bu barədə davamlı olaraq açıqlamalar verir, İran dövlət televiziyasının müxtəlif proqramları və çeşidli "YouTube" kanalları bu mövzuda diskussiyalar təşkil edir, ölkə mediasında hər gün Zəngəzur dəhlizi ilə bağlı çoxsaylı məqalələr dərc olunur, eyni zamanda sosial şəbəkə fəalları bu məsələ barədə ardıcıl paylaşımlar edirlər".

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının reportajında deyilir.

Belə təəssürat yaranır ki, İranda vahid mərkəzdən jurnalistlərə və təhlilçilərə tapşırıq verilib ki, Zəngəzur dəhlizi məsələsini hər vəchlə gündəmdə saxlasınlar və ölkə ictimaiyyətinə onun İran üçün böyük təhlükə olduğu fikrini aşılasınlar, həmin "təhlükə"nin əsas mənbəyi kimi də Azərbaycanı göstərsinlər.

Bunun belə olduğunu görmək üçün təkcə son günlər İranda dərc edilmiş bəzi məqalələrin başlıqlarına nəzər salmaq kifayətdir: "Zəngəzur sui-qəsdi" , "Zəngəzur və Davud dəhlizləri: İrana səssiz müharibə elanı" , "Zəngəzur dəhlizinin İrana qarşı geosiyasi təhdidləri" , "Zəngəzur - Qafqazda partlayış nöqtəsi: yeni dünya düzəni uğrunda müharibənin İran sərhədlərində formalaşması" , "Zəngəzur dəhlizi: İran və Azərbaycan Respublikasının maraqları arasında təzad" , "Zəngəzur: geosiyasi savaşın yeni cəbhəsi" və s.

O da qeyd olunmalıdır ki, bu məqalələri dərc edən media resursları siyasi-ideoloji baxımdan İrandakı müxtəlif qruplaşma və cərəyanlara, hətta müəyyən rəsmi şəxslərə bağlı olsalar da, Zəngəzur dəhlizi məsələsində vahid mövqedən çıxış edir və nəyin bahasına olursa-olsun, Azərbaycanı İrana qarşı hansısa gizli planların iştirakçısı olan düşmən obrazında təqdim etməyə çalışırlar. Bunun üçün dönə-dönə təkrarlanan yalan və dezinformasiyalarla yanaşı, açıq-aşkar təhriflərə və gerçək məlumatların gizlədilməsinə də əl atılır.

Daha ətraflı videomaterialda:

İranın Zəngəzur yalanları

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Avqust 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri