Icma.az
close
up
RU
Aralıq dənizində gəmi qəzaları: yüzlərlə miqrant itkin düşüb və ya həlak olub

Aralıq dənizində gəmi qəzaları: yüzlərlə miqrant itkin düşüb və ya həlak olub

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) Aralıq dənizində baş vermiş bir neçə ölümcül gəmi qəzası barədə məlumatlardan dərin narahatlığını ifadə edib. İlkin məlumatlara görə, yüzlərlə insan dənizdə itib və ya həlak olub. Əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirib. Təşkilat daxil olan məlumatları dəqiqləşdirir.

AZƏRTAC xəbər verir ki, BMT-nin açıqlamasında bu cür faciələrin miqrantların qanunsuz daşınması və alveri ilə məşğul olan şəbəkələrin fəaliyyətinin nəticəsi olduğu bildirilir. Cinayətkar qruplar cəzasız şəkildə fəaliyyətini davam etdirərək insanları üzməyə yararsız və həddən artıq yüklənmiş qayıqlarla dənizə çıxarırlar. Təşkilat beynəlxalq ictimaiyyəti bu cinayət şəbəkələrinin ləğvi və yeni itkilərin qarşısının alınması üçün səyləri gücləndirməyə çağırır.

Soyuqdan ölüm

Axtarış-xilasetmə əməliyyatı nəticəsində İtaliyanın Lampeduza adası sahillərində Tunisdən yola çıxmış qayıqda üç nəfərin həlak olduğu təsdiqlənib. Ölənlər arasında, sağ qalan ananın sözlərinə görə, sahilə çıxmağa az qalmış soyuqdan dünyasını dəyişən təxminən bir yaşlı əkiz qızlar da var. Sahilə çatdıqdan qısa müddət sonra bir kişi də soyuqdan ölüb.

Xilas edilənlər bildiriblər ki, eyni limandan və eyni vaxtda daha bir qayıq yola çıxıb, lakin təyinat nöqtəsinə çatmayıb.

Beynəlxalq Miqrasiya Təşkilatı sərnişinlərin taleyinin aydınlaşdırılması istiqamətində işi davam etdirir. Maltadan daxil olan son məlumata əsasən, ticarət gəmisi tərəfindən xilas edilmiş sağ qalanlardan biri 50 nəfərin itkin düşdüyü və ya həlak olduğu gəmi qəzasından sağ çıxdığını bildirib.

İtkin düşənlərin axtarışı

İtaliyanın sahil mühafizəsi dənizdə itkin düşmüş və ya qəzaya uğradığı ehtimal edilən digər qayıqların tapılması üçün axtarış əməliyyatlarını koordinasiya edir. Liviya sahillərində baş verən gəmi qəzası nəticəsində azı 51 nəfər həlak olub. Hadisə ilə bağlı rəsmi təsdiq hələ gözlənilsə də, ehtimal olunan itkilərin miqyası Mərkəzi Aralıq dənizində növbəti böyük faciədən xəbər verir.

Son gəmi qəzaları Aralıq dənizində son dərəcə güclü “Harri” siklonu zamanı baş verib. Üzməyə yararsız və həddən artıq yüklənmiş qayıqlarla miqrantların daşınması cinayətdir. İnsanlar faktiki olaraq ölüm riski olan şəraitdə bilərəkdən açıq dənizə çıxarılıb.

Mərkəzi Aralıq dənizi marşrutu dünyada ən ölümcül miqrasiya dəhlizi olaraq qalır. Təkcə 2025-ci ildə bu marşrut üzrə azı 1340 nəfər həlak olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri