Icma.az
close
up
RU
BMqT: Bu il Aralıq dənizində minə yaxın miqrant həlak olub

BMqT: Bu il Aralıq dənizində minə yaxın miqrant həlak olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Son aylar Aralıq dənizində gəmi və qayıqların batması nəticəsində 180-dən çox miqrantın öldüyü və ya itkin düşdüyü ehtimal olunur. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni məlumatlarına görə, 2026-cı ildə ölənlərin ümumi sayı artıq 1000 nəfərə yaxınlaşır.

AZƏRTAC BMT-nin veb-saytına istinadla xəbər verir ki, bu il təkcə Mərkəzi Aralıq dənizində təxminən 765 nəfər ölüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 460 nəfər çoxdur. Ümumilikdə, 2026-cı ildə Aralıq dənizində azı 990 ölüm hadisəsi qeydə alınıb.

“Bu faciələr bir daha göstərir ki, çoxlu sayda insan təhlükəli yollarda həyatlarını təhlükəyə atmağa davam edir. Həyatları xilas etmək bizim prioritetimiz olmalıdır. Bununla belə, biz, həmçinin həssas insanları istismar edən insan alverçiləri və qaçaqmalçılarının qarşısını almaq, habelə təhlükəsiz və müntəzəm miqrasiya yollarını genişləndirmək üçün daha qətiyyətli və əlaqələndirilmiş səylər göstərməliyik”, -deyə BMqT-nin baş direktoru Emi Poup bildirib.

Aprelin 5-də Aralıq dənizində qayığın batması nəticəsində 80-dən çox miqrant itkin düşüb. Təxminən 120 nəfərin olduğu gəmi Liviyanın Tadcura limanından yola düşüb, lakin pis hava şəraiti səbəbindən batmağa başlayıb və nəticədə faciə baş verib. Ümumilikdə, 32 nəfər ticarət gəmisi tərəfindən xilas edilib və daha sonra İtaliya Sahil Mühafizəsi tərəfindən Lampeduzaya aparılıb. Hazırda BMqT əməkdaşları onlara kömək edirlər.

Bu ayın əvvəlində İtaliyanın cənub sahillərində, Lampeduza yaxınlığında bir gəmidə 19 nəfərin cəsədi tapılıb. Sağ qalanların sözlərinə görə, qayıq 28-29 mart gecəsi Liviyanın Zuvara rayonundan yola düşüb. Qadınlar və uşaqlar da daxil olmaqla, dənizdə 58 nəfər xilas edilib, onların bəzilərinin vəziyyəti ağırdır. Sağ qalanlar Lampeduza adasındakı qəbul mərkəzində müalicə olunurlar.

Türkiyənin Bodrum sahillərində - Egey dənizində Yunanıstana gedən qayığın batması nəticəsində isə azı 19 miqrant həlak olub. Bir neçə nəfəri xilas etmək mümkün olub.

Dəniz yolu ilə Avropaya gələn miqrantların sayında kəskin azalmaya baxmayaraq, ölənlərin sayı durmadan artır. Məsələn, İtaliya 2026-cı ilin əvvəlindən bəri təxminən 6200 miqrantın gəlişini qeydə alıb, 2025-ci ilin eyni dövründə isə bu rəqəm 9400 nəfər olub.

BMqT dənizdə insanların xilas edilməsi üçün əlaqələndirilmiş səylərə, eləcə də təhlükəli marşrutlardan asılılığı azaltmaq məqsədilə qanuni miqrasiya yollarının genişləndirilməsinə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri