Icma.az
close
up
RU
Araşdırma başladıldı, amma nəticə yoxdur Mənzər Nurəliyeva olayının sirri nədir?

Araşdırma başladıldı, amma nəticə yoxdur Mənzər Nurəliyeva olayının sirri nədir?

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq aylar ötür ki, sənətçilər tərəfindən Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva barəsində irəli sürülən ciddi ittihamlarla bağlı nə ictimaiyyətə, nə də sənət cameəsinə hər hansı rəsmi açıqlama təqdim olunmayıb. Nazirliyin “araşdırma aparılacaq” vədi isə sadəcə bəyanat olaraq qalmaqdadır.

Ötən ilin sentyabr-oktyabr aylarında bir sıra tanınmış sənət adamları – müğənni Nura Suri, xanəndələr Pərviz Qasımov və Almaxanım Əhmədli, şair Vüqar Əhməd və kamança ifaçısı Şəhriyar Musayev – Mənzər Nurəliyevanın fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını ifadə etmişdilər. Onlar bildirmişdi ki, Nurəliyeva onlara qarşı qərəzli münasibət sərgiləyib, təşkil olunan mədəniyyət tədbirlərinə dəvət etməyib, hətta bəzi hallarda onlardan açıq və ya dolayı formada rüşvət tələb olunub.

Məsələ ilə bağlı açıqlama verən şair Vüqar Əhmədin sözləri isə vəziyyətin təxmin edildiyindən daha ciddi olduğunu göstərib.O, açıqlamasında bildirib: “Mənzər xanımda bütün istedadlılara qarşı qısqanclıq var. O, xalq musiqisi oxuyanlara qarşı düşməndir. Mənzər bütün sənət adamlarını qəsdən dövlətdən narazı salır. Mən naziri qınamıram, onun Mənzərə gücü çatmır, çatsaydı, onu çoxdan postundan uzaqlaşdırardı”.

Sənət cameəsinin üzdə olan nümayəndələrinin bu dərəcədə açıq və sərt ittihamlarla çıxış etməsi cəmiyyətin diqqətini çəkmiş və Mədəniyyət Nazirliyini araşdırma aparmağa vadar etmişdi. Sənətçilər məsələ ilə bağlı nazirliyə dəvət olunduqlarını və izahatlarının alındığını demişdi.

Lakin sonradan nazirliyin araşdırmasının nəticəsi haqqında ictimaiyyətə hər hansı məlumat verilmədi. Bununla bağlı nə nazirliyin rəsmi saytında, nə də mediada hansısa məlumata rast gəlmək mümkün deyil.

Ekspertlər bildirir ki, əgər nazirliyin bir sektor müdiri ilə bağlı kütləvi ciddi ittihamlar ortaya çıxır və uzun müddət ərzində heç bir rəsmi reaksiya verilmirsə, bu həmin dövlət qurumunun öz reputasiyası və idarəetmə imkanları ilə bağlı ciddi suallar doğurur.

Təəssüf doğuran digər məqam isə ondan ibarətdir ki, Mədəniyyət nazirliyi jurnalistlərin mövzu ilə bağlı sorğularından da yayınır.

Bu isə yalnız məsuliyyətdən yayınma cəhdi deyil, eyni zamanda ictimaiyyətdən gizlətməyə çalışılan daha dərin problemlərin mövcudluğuna işarədir.

Editor.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 İyun 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see397

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see247

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see172

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri