Müğənnilərin qorxduğu nazirlik əməkdaşı Mənzər Nurəliyeva kimdir?
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı yenidən ağır ittihamlar səsləndirib.
Tribuna xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşən ifaçı nazirlik əməkdaşının əməllərini ifşa edib.
“Mədəniyyət Nazirliyində Nərminə adlı xanım mənə köhnə “Mədəniyyət evi” verməyi və onu təmir etdirməyimi dedi. Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, dövlət hesabına nazirlik pul siləcəkdi, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi və “Mədəniyyət evi”nin işçisisən deyə sənin təqdimatın veriləcəkdi, ad alacaqdın. Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif verilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 14 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















