Icma.az
close
up
RU
Arayik Harutyunyan: Cəlal Harutyunyana general leytenant rütbəsini Ermənistan prezidenti Armen Sarksiyan verib

Arayik Harutyunyan: Cəlal Harutyunyana general leytenant rütbəsini Ermənistan prezidenti Armen Sarksiyan verib

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "müdafiə naziri"nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, qondarma rejimin "ordusu"nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur - red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: "Cəlal Harutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasının prezidenti Armen Sarksiyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb".

Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun hərbi polisi, hərbi prokurorluğu və hərbi məhkəməsinin olmadığını da söyləyib: "Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri