Icma.az
close
up
RU
Araz Abdullayev: Futbolu bitirməyi düşünmürəm

Araz Abdullayev: Futbolu bitirməyi düşünmürəm

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ Lökbatan" - "Səbail" matçından (0:2) sonra meydan sahiblərinin futbolçusu Araz Abdullayev apasport.az saytına müsahibə verib.

- Oyuna çox yaxşı başlasaz da, sonda məğlub olduz. Matçı necə dəyərləndirirsən?
- Premyer Liqa klubunu məğlub etmək üçün əlimizdən gələni etdik. Komandanın nizam-intizamını qorumağa çalışdıq. Oyuna pis başlamadıq. Sadəcə ikinci hissədə gözləmədiyimiz bir qol buraxdıq. Düzdür, bundan sonra toparlanmaq çətin oldu. Lakin düşünürəm ki, pis təsir bağışlamadıq. Növbəti oyunlara baxacağıq. Gücümüzü daha da artırmalıyıq. Bu gün bütün futbolçular özünü ən yaxşı tərəfdən göstərmək niyyətindəydi. Məşqlərdə çalışdığımız tapşırıqları meydanda reallaşdırmağa cəhd etdik. I Liqada da bunların bizə kömək edəcəyini düşünürəm".

- Bu gün sanki komandada əlavə motivasiya var idi...
- Xeyr, xüsusi hansısa motivasiya yox idi. Zatən hər zaman belə olub. Premyer Liqa klubuna qarşı oynayanda hamı özünü göstərməyə çalışır. Bizim üçün isə əsas məsələ komanda olaraq mübarizə aparmaq idi.

- Oyun ərzində bir neçə dəfə komanda yoldaşlarına əsəbiləşirdin. Bunun səbəbi nə idi?
- Müəyyən məqamlarda ötürmələrdə səhvlərə yol verirdilər. Bunun üçün onlara iradlarımı bildirirdim. Bəzən belə şeylər olur. Futbolda belə hallar normaldır. 

- "Səbail"in məşqçilər korpusundan həm Cavid Hüseynovla, həm də Elvin Məmmədovla birlikdə futbol oynamısan. Onların təyinatı barədə nə düşünürsən?
- Hər ikisiylə birlikdə gözəl vaxtlar keçirmişik. Onlara uğurlar arzu edirəm. Premyer Liqada daha yaxşı çıxış edəcəklərini, komandanı sonuncu pillədən qurtara biləcəklərini düşünürəm. 

- Gələcəklə bağlı planların necədir?
- "Qaradağ Lökbatan"la oynama səbəblərimdən birincisi Amit Quluzadədir. İkinci növbədə isə formada qalmaqdır. Komanda yoldaşlarıma kömək etmək, motivasiya vermək istəyirəm. Yaxşı klublardan təklif olarsa, baxarıq. Özümü yaxşı hiss edirəm. Hələ ki, futbolu bitirməyi düşünmürəm.

İsmayıl Xeyrullayev

“Səbail”də ciddi itki Elmar Baxşıyev: “Gənc oyunçuları çox reklam etməyək” Rüfət Abdullazadə: “Buna inansaq, sonuncu pillədən qurtulacağıq” Premyer Liqada "ayın qolu" mükafatına namizədlər açıqlanıb - VİDEO "Əl-Hilal" Neymarla bağlı qərar verib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Dekabr 2024 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri