Icma.az
close
up
RU
Araz Abdullayev: Futbolu bitirməyi düşünmürəm MÜSAHİBƏ İdman və Biz

Araz Abdullayev: Futbolu bitirməyi düşünmürəm MÜSAHİBƏ İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Qaradağ Lökbatan"da çıxış etməyimin səbəbi formada qalmaqdır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ Lökbatan" - "Səbail" matçından (0:2) sonra meydan sahiblərinin futbolçusu, vaxtilə Azərbaycan millisində oynayan Araz Abdullayev apasport.az saytına müsahibəsində deyib.

- Oyuna çox yaxşı başlasanız da, nəticədə məğlub oldunuz. Matçı necə dəyərləndirirsən?
- Premyer Liqa klubuna qalib gəlmək üçün əlimizdən gələni etdik. Komandanın nizam-intizamını qorumağa çalışdıq. Oyuna pis başlamadıq. Sadəcə ikinci hissədə gözləmədiyimiz bir top buraxdıq. Düzdür, bundan sonra toparlanmaq çətin oldu. Lakin düşünürəm ki, pis təsir bağışlamadıq. Gücümüzü daha da artırmalıyıq. Bu gün bütün futbolçular özünü ən yaxşı tərəfdən göstərmək niyyətindəydi. Məşqlərdə çalışdığımız tapşırıqları meydanda reallaşdırmağa cəhd etdik.

- Bu gün sanki komandada əlavə motivasiya var idi...
- Zatən hər zaman belə olub. Premyer Liqa klubuna qarşı oynayanda hamı özünü göstərməyə çalışır. Bizim üçün isə əsas məsələ komanda olaraq mübarizə aparmaq idi.

- Oyun ərzində bir neçə dəfə komanda yoldaşlarına əsəbləşirdin. Bunun səbəbi nə idi?
- Müəyyən məqamlarda ötürmələrdə səhvlərə yol verirdilər. Bunun üçün onlara iradlarımı bildirirdim. Bəzən belə şeylər olur. Futbolda bu cür hallar normaldır.

- "Səbail"in məşqçilər korpusundan həm Cavid Hüseynovla, həm də Elvin Məmmədovla birlikdə futbol oynamısan. Onların təyinatı barədə nə düşünürsən?
- Hər ikisi ilə birlikdə gözəl vaxtlar keçirmişik. Onlara uğurlar arzulayıram. Premyer Liqada daha yaxşı çıxış edəcəklərini, komandanı sonuncu pillədən qurtara biləcəklərini düşünürəm.

- Gələcəklə bağlı planların necədir?
- "Qaradağ Lökbatan"la oynama səbəblərimdən birincisi Amit Quluzadədir. İkinci növbədə isə formada qalmaqdır. Komanda yoldaşlarıma kömək etmək, motivasiya vermək istəyirəm. Yaxşı klublardan təklif olarsa, baxarıq. Özümü yaxşı hiss edirəm. Hələ ki, futbolu bitirməyi düşünmürəm.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri