Icma.az
close
up
RU
Araz Abdullayev: Son oyunlarda görünür ki, bu komanda ümid verir MÜSAHİBƏ

Araz Abdullayev: Son oyunlarda görünür ki, bu komanda ümid verir MÜSAHİBƏ

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Karvan-Yevlax"ın futbolçusu Araz Abdullayevin Sport24.az-a müsahibəsi
– İkinci hissədə nə baş verdi ki, hesabı qoruyub saxlaya bilmədiz?
– Oyuna yaxşı başlamışdıq. Sadəcə, qələbə hesabını qoruyub saxlamaq lazım idi. İkinci hissədə çox erkən qol buraxdıq. Bu oyundan ən azı bir xal götürmək istəyirdik. "Neftçi"də məşqçi dəyişikliyindən sonra onların oyununda və sistemində dəyişiklik olduğu hiss olunur. Həqiqətən son iki matçda bu göründü. Biz də yaxşı mübarizə apardıq. Yenə deyirəm, bu qarşılaşmadan ən azı bir xal götürmək istəyirdik. Qismət... Öz üzərimizdə işləyəcəyik.. Son oyunlarda görünür ki, bu komanda ümid verir. İnşallah, ikinci yarıya yaxşı hazırlaşıb, səhvlərimizin üzərində işləyib, komandamızı Premyer Liqada saxlayacağıq.
– Matçda hesabı açaraq sabiq komandanı cəzalandırdın. Bu barədə nə deyə bilərsən?
– Yox, elə deməzdim (gülür). Mən hətta qoldan sonra da sevinmədim. Hətta azarkeşlərə də, necə deyim, üzrxahlıq kimi olmasın, amma sevinmədiyimi göstərdim. Qol həmişə içdən sevindiricidir, amma "Neftçi" mənim evim kimidir. Uşaqlıqdan orda böyümüşəm. Bəziləri, bəlkə də gənc nəsil, ya da bəziləri bizi bəlkə orda çox görmək istəməyib. Amma mənim "Neftçi"yə qarşı həmişə sevgim var, hörmət bəsləyirəm. Bizim flaqmandır. "Neftçi" "Neftçi"dir, bunu həmişə bilirik. Amma bu gün burdayam, "Karvan-Yevlax"ın şərəfini qoruyuram və əlimdən nə gəlir onu eləməyə hazıram. Bu gün yevlaxlı azarkeşlər nəticələrimizdən narazılıq edirlər, amma maksimum dərəcədə çalışırıq ki, onları sevindirək.
– Həm kapitan, həm də oyun baxımından faktiki olaraq komandanın liderinə çevrilmisən. Öz performansını necə dəyərləndirirsən?
– Bu, situasiyadan asılıdır. Həm də məşqçi dəyişikliyi oldu, deyərdim ki, yeni baş məşqçimiz daha tələbkardır. Bu da son oyunlara yansıyır. Hər bir futbolçuya baxsanız görərsiniz ki, daha rahatdır, oyunda daha çox hərəkət eləyir. Hər kəsin performansı yüksəlib. Çalışırıq, özümü yaxşı hiss edirəm və çalışıram nə qədər gedir, bu performansı daha da artırım.
– Azarkeşlərdən söz düşmüşkən, ötən turdakı məğlubiyyətdən sonra komandanı fitə basdılar, amma bu gün "Neftçi" ilə oyunda uduzsanız belə, sonda sizi alqışladılar. Səncə, bu, komandanın əzmkar oyununa görədir?
– Bəli, əlbəttə. Açıq deyim ki, "Qarabağ"la ardıcıl iki ağır oyundan sonra komandamız fiziki olaraq 60-cı dəqiqədən sonra yorulurdu. Həmin dövrdə də "Qarabağ"la iki dəfə qarşılaşmağımız bizə çox ağır yük oldu. Ondan sonra "Şamaxı" ilə üzləşdik, onlar da çox "diş"li rəqibdir, həmişə öndə pressinq edirlər. Orda asan qollar buraxdıq və deyərdim, komanda bir az həvəsdən düşdü. Amma oyunbaoyun hər kəs görür ki, "Karvan-Yevlax" artırır. Biz də bunu saxlamaq istəyirik. Rəhbərlik, fanatlar başa düşməlidir ki, bu bir prosesdir, dözmək lazımdır. Yevlaxlı azarkeşlər yaxşı oynadınsa, alqışlayırlar. Pis oynayıb uduzanda isə səni kim dəstəkləyər? Ancaq ailən, yaxınların. Bu da başadüşüləndir. İndi elə vəziyyətdəyik ki, dözüb, səhvlərin üzərində işləyib bu durumdan çıxa bilərik.
– Bacaracaqsız?
– Bacaracaqsınız deyəndə, biz həmişə çalışırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see296

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see239

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see156

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see144

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see142

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

30 u adlayan dəyərlilər

20 Dekabr 2025 11:45see130

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri