Icma.az
close
up
RU
Araz Musayevə hücumun pərdəarxası ARZUMAN LOĞMANOĞLU YAZIR

Araz Musayevə hücumun pərdəarxası ARZUMAN LOĞMANOĞLU YAZIR

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bıçaqlanma hadisəsi ilə bağlı faktlar və manipulyasiyalar toqquşur

Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin Türkiyənin Antalya şəhərində bıçaqlanması ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma apardığı halda, Azərbaycandakı bəzi media orqanlarının hadisəni şübhəli şəkildə tamamilə fərqli istiqamətə yönəltməyə çalışdığı müşahidə olunur.

Söhbət Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adının məqsədli şəkildə Araz Musayevin bıçaqlanması hadisəsinə cəlb olunmasından gedir. Halbuki, Türkiyə polisi Araz Musayevin şikayəti əsasında ona hücum edən şəxsləri - Azər Həsənsoy və Elşən Abdulrəhimovu saxlayıb və hazırda araşdırma aparılır.

Qeyd edək ki, Türkiyə dəfələrlə azərbaycanlı kriminal qrupların nüfuz savaşlarına səhnə olub. Azərbaycanlı “qanuni oğrular” — Rövşən Canıyev (tanınmış ləqəbi ilə “Rövşən Lənkəranski”) və “Lotu Quli” ləqəbli Nadir Səlifov məhz Türkiyədə belə qarşıdurmalar zamanı qətlə yetiriliblər. Maraqlıdır ki, “Lotu Quli” də Araz Musayevin bıçaqlandığı Antalya şəhərində öldürülüb. Bu iki hadisə arasında birbaşa əlaqə qurmaq mümkün olmasa da, azərbaycanlı kriminal qrupların Antalyanı nüfuz savaşlarının əsas mərkəzlərindən birinə çevirdiklərini demək olar.

Bu baxımdan, Araz Musayevin bıçaqlanması da həmin tendensiyanın bir parçası ola bilər və bu məsələyə ciddi diqqət yetirilməlidir. Digər tərəfdən, Araz Musayevi bıçaqlayan şəxsin Rusiyadan olması da, hadisənin iddia edildiyi kimi, federasiyanı ondan almaq cəhdi ilə bağlı deyil, daha geniş nüfuz savaşı kontekstində qiymətləndirilməsinə əsas verir.

Bununla yanaşı, Araz Musayevin Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun adını hallandırması və Azərbaycan Kikboksinq Federasiyasını mübahisə predmetinə çevirməsi də diqqəti əsas məsələdən yayındırmaq cəhdi kimi dəyərləndirilə bilər. Belə bir vəziyyət isə, bəzi şəxslərə bu hadisədən istifadə edərək, şou yaratmaq imkanı verir.

Heç bir aidiyyəti olmadığı halda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adının bu olayla əlaqələndirilməsi açıq şəkildə süni müdaxilə təsiri bağışlayır. Bunu sübut edən əsas məqamlardan biri də odur ki, Adil Əliyev sadəcə Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidentidir və federasiya rəhbərliyində təmsil olunmur. Onun adını hallandıranlar isə federasiyanın rəsmi nümayəndələri deyil, sadəcə bu idman qurumuna mənəvi bağlılığı olan bir şəxsin adından istifadə edərək gündəm yaratmağa çalışanlardır.

Əlbəttə, əgər federasiyanın rəhbərliyində Adil Əliyev qədər tanınmış ictimai-siyasi bir şəxs olsaydı, onun adı da bu cür hallana bilərdi. Amma burada məsələ fərqlidir və bu hallandırmanın məqsədli olduğu açıq görünür.

Bütün bu cəhdlər təsadüfi deyil. Görünən odur ki, müəyyən dairələr informasiya məkanını qarışdırmaqda maraqlıdır. Son zamanlar Azərbaycan dövlət rəsmilərinə və cəmiyyətin nüfuzlu şəxslərinə qarşı sistemli qaralama kampaniyasının başladılması da bu niyyətin göstəricisidir. Adil Əliyevin adının süni şəkildə Antalyada baş vermiş olayla əlaqələndirilməsi də bu kampaniyanın bir hissəsi ola bilər.

Azərbaycanın müstəqil və balanslı siyasət aparması bəzi xarici qüvvələri qane etmir. Bu səbəbdən, zaman-zaman dövlət rəsmilərinə və tanınmış şəxslərə qarşı belə kampaniyalar aparılır. Lakin unudulmamalıdır ki, güclü Azərbaycan bu cür çirkin kampaniyalarla yolundan döndərilə bilməz.

Arzuman LOĞMANOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri