Icma.az
close
up
RU
Əhmədovlar klanının “haqq davası” ARZUMAN LOĞMANOĞLU YAZIR

Əhmədovlar klanının “haqq davası” ARZUMAN LOĞMANOĞLU YAZIR

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“Hürriyyət”ə müraciətində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən “təhdiq və təhqir edildiyini” iddia edən rayon sakini Kərimova Həmidə Əli qızının fikirlərini arşdırmağa çalışdıq. İlk olaraq diqqət çəkən məqam bu oldu ki, bütün iddialar əssasız və heç bir dəlilə, sübuta söykənmədən dövlət məmurlarını qaralamaq, bununla da şəxsi marağını gerçəkləşdirməkdən ibarətdir.

Belə ki, şikayətçi 2018-ci ildə 2 ay sosial yardım aldığını, sonra isə əsassız olaraq bu yardımın kəsildiyini bildirərək, bunun qanunsuzluq olduğunu iddia edir. Həmidə Kərimova deyir ki, sosial yardımı kəsildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedərək, bunun səbəbi ilə maraqlanıb və ona adınının “Komxoz” idarəsində işçi kimi getdiyi bildirilib.

Özünün də dediyi kimi, bu hadisələr 2018-ci ildə baş verib. Əziz Əzizov isə ötən il, yəni 2024-cü ildə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Beləliklə də, 2018-ci ildə baş verən bir hadisənin ən azı 6 illik fasilədən sonra gündəmə gəlməsi heç də təsadüfi deyil.

Araşdırma zamanı əldə etdiyimiz məlumata görə, Həmidə Kərimova 2017-ci ilin 16 yanvar tarixində iş üçün DOST İş Mərkəzinə müraciət edir və işə qəbul olunir.  Lakin “işinin öhdəsindən gəlmədiyi üçün” 3 aydan sonra işdən çıxarılır. Bundan sonra sosial yardım almaq niyyətinə düşür. Həmidə Kərimova 19.05.2021-ci ildə yenidən DOST İş Mərkəzinə müraciət edir və işə qəbul olunur. Burada təxminən üç il işlədikdən sonra 21.10.2024-cü ildə işdən çıxarılır.

Bütün bunlar öz yerində. Amma dövlətdən sosial yardım almaq üçün “haqq davası” aparan Həmidə Kərimovanın bu sosial yardıma o qədər ehtiyacı olmadığı ilə bağlı da kifayət qədər məlumatlar var. Belə ki, Həmidə Kərimovanın yaşadığı evin qarşısında iki böyük obyekti var; biri “yem mağazasi”, digəri isə “moyka” kimi fəaliyyət göstərir. Bu obyektlərdən başqa, Həmidə Kərimovanın anasının adına olan bazarın yaxınlığında 34 ha torpaq sahəsi və 500 baş xırdabuynuzlu heyvanı da var.

Xasay Əhmədov

Onu da qeyd edim ki, Kərimovlar ailəsi bütün bunları Beyləqan rayonunun keçmiş icra başçısı Xasay Əhmədovun vaxtında əldə ediblər. Bu isə təsadüfi deyil. Xasay Əhmədov Həmidə Kərimovanın xalasının həyat yoldaşıdır. Xasay Əhmədov icra başçısı olduğu vaxt qohum-əqrabası Beyləqan rayonundakı əksər obyektləri özlərinin mülkiyyətinə çevirə biliblər. Bunun  nəticəsi olaraq, bu gün Beyləqan mərkəzi bazarının müdiri olan Xasay Əhmədovun oğlu Xaqani Əhmədovun 1500 köşk və obyekt üzərində hakimiyyəti mövcuddur. Lakin bütün bunlar Əhmədovları və onların klanını qane etmir.

Mövqelərini qorumaq və yeni imkanlar qazanmağa çalışan Əhmədov klanın əsas “döyüş” üsullarından biri rayona rəhbərlik edən şəxslərə qarşı dava aparmaq və bu zaman “istedadlı” qadın qohumlarından istifadə etməkdir. Azərbaycan xalqının qadın məsələsi ilə bağlı həssaslığını yaxşı bilən Əhmədovlar klanı da rayon rəhbərliyinə qarşı bu fənddən istifadə edir. 

Xaqani Əhmədov

Görünür, Əhmədovlar klanı Beyləqanı yenidən öz nəzarətlərinə keçirmək niyyətindədirlər. Çünki bu, onlara itirilmiş mövqelərini geri qaytarmağa imkan verməklə yanaşı, yeni imkanlar da qazandıracaq. Belə olarsa, bir zamanlar olduğu kimi, Bələdiyyə sədri yenə Əhmədovlar klanın təmsilçisi ola bilər. Necə ki, Xasay Əhmədovun kürəkəni Novruz Quliyev 12 il Bələdiyyə sədri olub. Bu, həmin Novruz Quliyevdir ki, mərkəzi magistral yoldakı bazarın qarşısında 20-dən çox obyekti var. Məsələn, “Soliton” mağazalar şəbəkəsinin yerləşdiyi binalar Quliyevə məxsusdur.

Ən əsası, həyat yoldaşının erməni əsilli olduğu iddia olunan Xasay Əhmədov 1995-2005-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi zaman qohum-əqrabasının əksər obyekt və müəssisələri, torpaq sahiblərini ələ keçirməsi ilə bağlı dərin araşdırmaya ehtiyac var. Digər tərəfdən, 2005-ci ildə prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilmiş Xasay Əhmədovun Azərbaycandakı “5-ci kolon”a bağlılığı haqda deyilənlər, o cümlədən 2005-ci ildən bu günə qədər Əhmədovlar klanın dövlət başçısının Beyləqana təyin etdiyi rəhbər şəxslərə qarşı apardığı “haqq davası” aidiyyatı orqanlar tərəfindən araşdırılmalıdır.

Arzuman LOĞMANOĞLU

P.S. Xüsusi olaraq “Hürriyyət” üçün.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 May 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri