Icma.az
close
up
RU
Araz Naxçıvan dan 11 cavabsız qol, Neftçi heç heçə etdi

Araz Naxçıvan dan 11 cavabsız qol, Neftçi heç heçə etdi

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futzxal üzrə Yüksək Liqada II dövrənin sonuncu – X turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, turun açılış matçında lider 4 xal qabaqladığı ən yaxın izləyicisi ilə üz-üzə gəldi.

İlk dəqiqələrdən “Baku Fire” ənənəvi oyun sistemindən – “5 oyunçu”dan istifadə etməklə həm topa nəzarəti özündə saxlamağa, həm də rəqib qapısına yol tapmağa çalışdı. Hesab 7-ci dəqiqədə açıldı. Nominal meydan sahibi komandanın yeni transferi Soares fərqləndi. Amma bu üstünlük 6 dəqiqə davam etdi. 13-cü dəqiqədə “ağ-qaralar” hesaba tarazlıq gətirdi. Abdul Ghafar çempionatda ilk qolunu vurdu. İkinci hissədə daha gərgin keçdi. 33-cü dəqiqədə nominal qonaqlar oyunda ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Bu dəfə Paulo “sülh”ü pozdu. 37-ci dəqiqədə isə qapıçının səhvi həlledici oldu və bombardir fərqi 2 topa çatdırdı. “5 oyunçu” ilə mübarizəyə başlayan “Neftçi” rəqibin arıdıcl 2 təhlükəli epizodundan sonra “vurmayana vurarlar” deyiminin əbəs olmadığını göstərdi. Bu dəfə Emil Həsənzadə “Baku Fire”nin qapısına yol tapdı. Sona 6 saniyə qalmış isə Tofiq avtoqol etməklə hesabı bərabrələşdirdi.

İkinci oyunda “Şuşa” autsayderlə qarşılaşıb. Meydan sahibi komandanın asan qələbə qazanacağı gözlənilsə də, meydanda əksi baş verdi. Düzdür, hesabı “Şuşa” açdı, ancaq fasiləyə qədər “Yasamal Bakı” tablodakı rəqəmləri bərabərləşdirdi. İkinci hissəyə də “Şuşa” qolla başladı. Tədricən üstünlüyünü artıran debütant yekunda 4-cü qələbəsini bayram edib.

Turun son oyunu “Araz-Naxçıvan” üçün məşq xarakterli keçdi desək, yanılmarıq. Düzdür, son çempion əsas oyunçularına istirahət vermişdi. U-19-un isə 8 futzalçısı müxtəlif səbəblərdən komandasına kömək edə bilmirdi. Fasiləyə qədər rəqib qapısından 7 cavabsız top keçirən “qırmızı-ağlar” ikinci hissədə də fərqi artırıb və turun yeganə böyükhesablı qələbəsini aktivinə yazdırıb. Bu qələbə sayəsində “Araz-Naxçıvan” “Neftçi” İK ilə xallarını bərabərləşdirib və ikinci pilləyə yüksəlib.

Baku Fire – Neftçi İK (1:1)  3:3

Qollar: Henrique Soares, 6:18, Paulo Henrique, 32:16, İaqo Henrique, 36:33 // Abdul Ghafar, 12:19,  Emil Həsənzadə, 38:22, Tofiq Mikayılov, 39:54 (ö/q)

Şuşa – Yasamal Bakı (1:1) 4:2

Qollar: İlham Alıyev, 2:42, 33:09, Sadegh Javiditabar, 20:20, Nüsrət Fərzəli, 24:27 // Qüdrət Qasımzadə, 13:07, Elmir Xəlilov, 39:52

Sarı vərəqələr: Nüsrət Fərzəli, 18:52, İlham Alıyev, 22:17, // Qüdrət Qasımzadə, 19:11, Davud Bagheri, 19:36, İmaməli Hüseynov, 22:17, Emil İsrəfilov, 39:02

Araz-Naxçıvan – U-19 (7:0) 11:0

Qollar: Roman Adamov, 0:23, 3:02, 9:55, Amirhossein Rasouli, 1:53, 25:55, 36:13, Giovanny, 7:50, 11:47,  Nurlan Məmmədov, 16:59, 39:47,  Ülvi Əliyev, 28:10

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri