Icma.az
close
up
RU
Araz Naxçıvan dan Neftçi yə 6 cavabsız qol

Araz Naxçıvan dan Neftçi yə 6 cavabsız qol

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futzal üzrə Yüksək Liqada bu gün IX turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, ilk oyunda iki iddialı komanda üz-üzə gəlib.

Qış transfer pəncərəsindən istifadə edərək, xüsusilə də legionerlərlə güclənən komandaların duelini "Araz-Naxçıvan"dan Xəzər Ağalızadə buraxırdı. Millinin üzvü cəzalı olduğuna görə komandasına kömək edə bilmədi. Namiq Məmmədkərimov da zədəli olduğuna görə matçı ehtiyatdan izlədi.

Oyun gözlənildiyi kimi gərgin, aqressiv mübarizə şəraitində keçdi. Fasiləyə qədər bir qol vuruldu. Hər iki tərəfin real qol epizodları olsa da, hesab standart vəziyyətdən açıldı. Artıq 12-ci dəqiqədə foul limitini dolduran "Neftçi" İK 14-cü dəqiqədə rəqibə 10 metrlik zərbə vurmaq imkanı verdi. Matheus dəqiq oynamaqla yeni komandasının heyətində çempionatda ilk qolunu vurdu.

İkinci hissə daha məhsuldar keçdi. Amirhossein Rasuli 4 qol vurmağı bacardı. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən "Neftçi"ni növbəti dəfə Lazar Milosavljeviç meydanın mərkəzinə dəvət etdi. Yekunda inamlı qələbə qazanan "Araz-Naxçıvan" "Neftçi" ilə xal fərqini 2-yə endirməyi bacardı.  

İkinci oyun lider üçün məşq xarakterli keçdi. İaqonun 8 qol vurduğu görüşdə "Baku Fire" böyükhesablı qələbə ilə xal ehtiyatını artırmış oldu.

Tura U-19 – "Şuşa" görüşü ilə yekun vuruldu. Bu oyuna marağı artıran məqamlardan biri də yanvarda keçirilən Azərbaycan kubokunun ¼ final mərhələsində gənclər millisinin "Şuşa"nı yenməsi və yarımfinala yüksəlməsidir. Fasiləyə komandalar "sülh"lə yollandı. Əvvəlcə "Şuşa" hesabı açdı, ardınca avtoqol sayəsində U-19 qol xanasındakı sıfırı birlə əvəzlədi. İkinci hissəyə də komandalar erkən qollarla başladı. Əvvəlcə U-19 hesabı xeyrinə dəyişdi. 13 saniyə sonra nominal qonaqlar status-kvonu bərpa etdi. Görüşün taleyini həll edən qol isə final fitinə 1 dəqiqə qalmış vuruldu.

Neftçi İK – Araz-Naxçıvan (0:1) 0:6

11 fevral. Olimpik Star. Saat 14:00

Yasamal Bakı – Baku Fire (0:4) 1:10

11 fevral. Olimpik Star. Saat 16:00

U-19 – Şuşa (1:1) 3:4

11 fevral. Olimpik Star. Saat 18:00

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://sport24.az
archiveBu xəbər 11 Fevral 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see325

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see297

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see277

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see276

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see229

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see206

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see200

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see199

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see199

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see199

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see197

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see192

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see191

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see190

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see190

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see186

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see175

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see170

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see167

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri