Araz Naxçıvan ın baş məşqçisi: Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“Araz-Naxçıvan” futbolçuları xarakter nümayiş etdirərək qələbə qazanıblar.
"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə (Yunanıstan) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis çətin rəqibə qarşı mübarizə apardıqlarını bildirib:
“Bizi dəstəkləyən bütün azarkeşlərə öz təşəkkürümü bildirirəm. Hər an bizə öz dəstəklərini nümayiş etdirdilər. Onlar bizi qol buraxdıqdan sonra da tək buraxmadılar. Yaxşı işə imza atdığımızı düşünürəm. Müddət keçdikcə, daha güclü komandaya çevriləcəyik. Zədəli futbolçularımız sıralara döndükdən sonra gücümüzə güc qatacaqlar. Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq. Rəqibin bizə hansı sürprizlər hazırladığını bilirdik".
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 İyul 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















