Araz Naxçıvan ın baş məşqçisi: Omoniya səfərində yaxşı nəticə qazanmaq üçün çalışacağıq
Icma.az, Fanat saytına istinadən bildirir.
"Araz-Naxçıvan" "Omoniya" ilə səfər maçında yaxşı nəticə qazanmaq istəyir.
Fanat.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, komandasına inandığını bildirib:
“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyükhesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq"
Mütəxəssis Bakıdakı ilk matçın istədikləri kimi getmədiyini söyləyib:
"Hesabı kənara qoysaq, Bakıda istədiyimiz matçı da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik. Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.
Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 Avqust 2025 02:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















