Icma.az
close
up
RU
Omoniya nın baş məşqçisi: Araz Naxçıvan yaxşı komandadır

Omoniya nın baş məşqçisi: Araz Naxçıvan yaxşı komandadır

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Omoniya" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Araz-Naxçıvan"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki,Kipr təmsilçisinin baş məşqçisi Henninq Berq matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpedo"ya qarşı yaxşı oynadıq, yaxşı nəticə göstərdik. Eyni sözləri "Araz-Naxçıvan" haqda da deyə bilərəm. Evdə və səfərdə "Aris"ə qarşı yaxşı oynadılar. Sabahkı matçda yaxşı oynamalıyıq.

- Sizcə, "Araz-Naxçıvan" "Aris"i nəyin hesabına keçə bildi? Yəqin ki, analiz edəndə bu iki görüşə də baxmısız?

- Məncə, "Araz-Naxçıvan"ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də, çox yaxşı mübarizə apardılar. Komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi.

- Bundan əvvəlki mərhələdə "Araz-Naxçıvan"ın rəqibi favorit göstərilirdi. İndi də favorit "Omoniya"dır. Bu, sizi narahat etmirki?

- Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı oyununu göstərsin. "Araz-Naxçıvan" yaxşı komandadır. Təsadüf deyilki, 2 gözəl oyun oynadılar. Onlar "Aris"dən üstün idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Kim favoritdir, bu haqda danışmağın mənası yoxdur.

- "Omoniya" bir neçə dəfə Azərbaycan komandaları ilə qarşılaşıb. Sonuncu dəfə "Zirə" ilə üz-üzə gəlib. Həmin "Omoniya" ilə indiki arasında hansı fərq var?

- İki fərqli mövsümün komandasını dəyərləndirmək çətindir. Bu komanda ötən mövsüm təsnifat mərhələlərində uğurlu şıxış etdi.

- Sabahkı matçda şansları necə görürsüz?

- Riyazatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. "Aris" "Araz-Naxçıvan"ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi onlar "Aris"i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik.

- Sabahkı matçla bağlı itkiləriniz var?

- Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Bu gün gecə gələcək.

- Ötən mövsümün əvvəlində "Neftçi"nin baş məşqçi postuna gələ biləcəyiniz iddia edilirdi. Niyə alınmadı?

- Bəzən şayiələrdir, bəzən maraqlananlar olub, bəzən maraqlanmayanlar.

- Meydançanın ot örtüyünə baxmısız?

- Yox hələ, görməmişəm. Az sonra görəcəyik.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Avqust 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri