Araz Naxçıvan ın çÇempionlar Liqasında rəqibləri müəyyənləşdi
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Araz-Naxçıvan" futzal klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq.
Komandanın yer aldığı V qrupun oyunları Polşada keçiriləcək.
"Qırmızı-ağlar" "Pyast" (Polşa), eləcə də ilkin mərhələnin C ("Buba Mara"/Bosniya və Herseqovina, GİU/Gürcüstan, "Utleyra İdrettslaq"/Norveç), LYNX/Cəbəllütarıq və E ("Veilimdorf"/Almaniya, "Tallin"/Estoniya, "Unisport"/Ermənistan, "Reykyavik"/İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək.
Əsas mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.
Məlumat üçün qeyd edək ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışda iştirak edəcək. Onlardan 32-si ilkin mərhələdə mübarizə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək. Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də "Unisport" E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 08 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















