Araz Naxçıvan Qarabağ oyununda dava: Futbolçular əlbəyaxa oldular
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" və "Qarabağ" komandaları arasındakı qarşılaşmada (1:3) gərginlik yaşanıb.
Oxu.Az-ın məlumatına görə, insident oyunun 81-ci dəqiqəsində meydana çıxıb. "Qarabağ"ın oyunçusu Yassin Benzia ilə "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos arasında baş verən mübahisə qısa müddətdə böyüyüb və bir neçə digər futbolçu da davaya qoşulub.
Felipe Santos "Qarabağ"ın hücumçusu Musa Qurbanlının boyun nahiyəsini tutaraq onu yerə yıxıb. Bu hərəkət Musa Qurbanlını əsəbiləşdirib və o, cavab vermək istəyib, lakin vəziyyət çətinliklə nəzarət altına alınıb.
Nəticədə, matçda təxminən 4 dəqiqəlik fasilə yaranıb. Hakim Felipe Santosu meydançadan qovub və qarşılaşma zamanı "Qarabağ"dan 3, "Araz-Naxçıvan"dan isə 1 futbolçuya sarı vərəqə göstərib.
Baxış sayı:119
Bu xəbər 08 Mart 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















