Ukrayna Macarıstan oyununda əlbəyaxa dava Futbolçular dalaşdılar
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna və Macarıstan milli komandalarının futbolçuları Millətlər Liqasının qrup mərhələsinin ilk turunda keçirilən matçın son dəqiqələrində kütləvi dava salıblar.
Modern.az xəbər verir ki, Budapeştdə keçirilən qarşılaşma Ukrayna millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin əlavə olunmuş vaxtda meydanda vəziyyət kəskin şəkildə gərginləşib.
Əlavə vaxtın ikinci dəqiqəsində Ukrayna millisinin hücumçusu Aleksandr Nazarenko meydanın kənarında Macarıstan yığmasının yarımmüdafiəçisi Raymund Totla sərt mübarizə aparıb. Bu epizoda görə ukraynalı futbolçu ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bundan qısa müddət sonra Ukrayna millisinin hücumçusu Viktor Siqankov Macarıstan yığmasının kapitanı Dominik Soboslay ilə söz mübahisəsinə girib. Komanda yoldaşının müdafiəsinə Macarıstanın müdafiəçisi Miloş Kerkez keçib və bundan sonra hər iki komandanın digər futbolçuları, o cümlədən ehtiyat oyunçular da qarşıdurmaya qoşulublar.
Ukrayna millisinin kapitanı Nikolay Matviyenko Kerkezi formasının yaxasından tutub. Qarşıdurmanın qızğın anında Matviyenko özü də yerə yıxılıb.
Bu zaman tribunadan futbolçuların olduğu istiqamətə müxtəlif əşyalar atılmağa başlayıb. Onlardan biri Macarıstan millisinin yarımmüdafiəçisi Andraş Şeferin başına dəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 26 Sentyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















