Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın kapitanı: “Bizə yaxşı oyun yox, qələbə lazımdır” MÜSAHİBƏ

“Araz Naxçıvan”ın kapitanı: “Bizə yaxşı oyun yox, qələbə lazımdır” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayevin Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının son turunda “Səbail”lə heç-heçə (0:0) oynadınız. Xal itkisini nə ilə əlaqələndirmək olar?

- Nəticə çox məyusedici oldu. 3 xal qazanmağı çox istəyirdik. Təəssüf ki, alınmadı. Sanki bizim günümüz deyildi. Həftə boyu çalışmışdıq ki, qalib gələk. Son turlar çox xal itirmişik. Bu uğursuzluğa son qoymağı arzulasaq da, yekunda heç-heçə ilə kifayətləndik.

- Oyun baxımından olmasa da, nəticə baxımından “Araz-Naxçıvan”da eniş var. Bu, nədən irəli gəlir?

- Problemimiz yaxaladığımız epizodları qola çevirə bilməməyimizdir. Son matçlarda çox az fərqlənirik. Halbuki qol vurmaq üçün şanslarımız olur. Fürsətləri boşa verdikcə də xal itkiləri baş verir. Qol vurmaq üçün hamımız çalışmalıyıq.

- Komandanın kapitanı kimi oyunçularla uğursuzluqla bağlı söhbətiniz olub?

- Hər oyundan qabaq danışırıq, bir-birimizə motivasiya veririk. Alınmayanda alınmır. Bəzən yaxşı oynayıb xal itirirsən, bəzən isə rəqibdən üstün olmasan da, qalib gələ bilirsən. Bizə bu dəqiqə yaxşı oyun yox, qələbə lazımdır. Xallara ehtiyacımız var. Yalnız və yalnız qələbəyə köklənirik. Son matçlarda rəqiblərdən üstün olsaq da, qalib gələ bilmirik.

- Artıq turnir cədvəlində “Zirə” ilə xallarınız bərabərdir...

- Hansısa komandanı fərqləndirməyin mənası yoxdur. “Səbail” sonuncu yerdə getsə də, bizlə oyunda göstərdilər çox şeyə qadirdilər. Hər komanda digərindən xal ala bilər. Bu gün “Səbail”lə oyunda xal itirib, “Sabah” və ya “Neftçi”yə qalib gələ bilərsən. Hər xal uğrunda gərgin mübarizə gedir.

- Qarşıdan “Zirə” ilə kubokun cavab oyunu gəlir. İlk matçda əldə olunan 1:0 hesablı üstünlüyü qorumaq mümkün olacaq?

- Biz hər iki cəbhədə nəticə vermək istəyirik. Kim istəməz ki, kuboku qazansın? Əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və mərhələ adlayaq. Toparlanmq lazımdır.

- Ardınca isə çempionatda “Sabah”la üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Hər oyun çətindir. Hər matçın öz hökmü var. Köklənmək lazımdır. Çox şey oyun günü hansı vəziyyətdə olmağımızdan asılıdır. Danışmaqla iş qurtarmır. Problem özümüzdədir və bu vəziyyətdən çıxmalıyıq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri