Icma.az
close
up
RU
Problem özümüzdədir Araz Naxçıvan ın kapitanı

Problem özümüzdədir Araz Naxçıvan ın kapitanı

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayevin QOL.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının son turunda “Səbail”lə heç-heçə (0:0) etdiniz. Xal itkisini nə ilə əlaqələndirmək olar?

- Nəticə çox məyusedici oldu. 3 xal qazanmağı çox istəyirdik. Təəssüf ki, alınmadı. Sanki bizim günümüz deyildi. Həftə boyu çalışmışdıq ki, qalib gələk. Son turlar çox xal itirmişik. Bu uğursuzluğa son qoymağı arzulasaq da, yekunda heç-heçə ilə kifayətləndik.

- Oyun baxımından olmasa da, nəticə baxımından “Araz-Naxçıvan”da eniş var. Bu, nədən irəli gəlir?

- Problemimiz yaxaladığımız epizodları qola çevirə bilməməyimizdir. Son matçlarda çox az fərqlənirik. Halbuki qol vurmaq üçün şanslarımız olur. Fürsətləri boşa verdikcə də xal itkiləri baş verir. Qol vurmaq üçün hamımız çalışmalıyıq.

- Komandanın kapitanı kimi oyunçularla uğursuzluqla bağlı söhbətiniz olub?

- Hər oyundan qabaq danışırıq, bir-birimizə motivasiya veririk. Alınmayanda alınmır. Bəzən yaxşı oynayıb xal itirirsən, bəzən isə rəqibdən üstün olmasan da, qalib gələ bilirsən. Bizə bu dəqiqə yaxşı oyun yox, qələbə lazımdır. Xallara ehtiyacımız var. Yalnız və yalnız qələbəyə köklənirik. Son matçlarda rəqiblərdən üstün olsaq da, qalib gələ bilmirik.

- Artıq turnir cədvəlində “Zirə” ilə xallarınız bərabərdir...

- Hansısa komandanı fərqləndirməyin mənası yoxdur. “Səbail” sonuncu yerdə olsa da, bizimlə oyunda göstərdi ki, çox şeyə qadirdir. Hər komanda digərindən xal ala bilər. Bu gün “Səbail”lə oyunda xal itirib, “Sabah” və ya “Neftçi”yə qalib gələ bilərsən. Hər xal uğrunda gərgin mübarizə gedir.

- Qarşıdan “Zirə” ilə kubokun cavab oyunu gəlir. İlk matçda əldə olunan 1:0 hesablı üstünlüyü qorumaq mümkün olacaq?

- Biz hər iki cəbhədə nəticə vermək istəyirik. Kim istəməz ki, kuboku qazansın? Əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və mərhələ adlayaq. Toparlanmq lazımdır.

- Ardınca isə çempionatda “Sabah”la üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Hər oyun çətindir. Hər matçın öz hökmü var. Köklənmək lazımdır. Çox şey oyun günü hansı vəziyyətdə olmağımızdan asılıdır. Danışmaqla iş qurtarmır. Problem özümüzdədir və bu vəziyyətdən çıxmalıyıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Fevral 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri