“Araz Naxçıvan”ın prezidenti: Nəticə yoxdursa, deməli, nəsə düz getmir
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mövsümə başlayanda ilk 6 turdan sonra nəticələrin belə olacağını, turnir cədvəlində bu vəziyyətlə üzləşəcəyimizi gözləmirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın yeni prezidenti Ceyhun Sultanov deyib.
Klub rəhbəri bu mövsüm komandasının uğursuz çıxışınının səbəbini açıqlayıb:
"Təbii ki, çempionata başlayarkən məqsədimiz və gözləntilərimiz fərqli idi. Amma futbolda hər şey planlaşdırıldığı kimi getmir. Məhz bunun üçün də, Cavid Hüseynovla yola davam etməmək qərarına gəldik. Yeni baş məşqçimiz tezliklə ictimaiyyətə təqdim olunacaq.
Bəzən yaxşı hazırlaşdığın oyunlarda da istədiyin nəticəni əldə edə bilmirsən.
Hazırda yaranmış vəziyyəti düzgün qiymətləndirmək və səhvlərimizi müəyyənləşdirmək lazımdır. Çünki nəticə yoxdursa, deməli, nəsə düz getmir. Bunun səbəbləri üzərində işləməli, çatışmazlıqları aradan qaldırmalıyıq. Qarşıda hələ çox oyun var və çempionat uzun marafondur. Bütün sualların cavabını çempionatın sonunda bilinəcək. Bu vəziyyətdən çıxacağımıza və qarşıdakı turlarda daha yaxşı nəticələr göstərəcəyimizə inanıram".
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Ötən klub rəhbərliyi komandanın baş məşqçisi Cavid hüseynovu istefaya göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 22 Sentyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















