Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın prezidenti hardadır?

“Araz Naxçıvan”ın prezidenti hardadır?

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna iki oyunun cəmində 0:9 hesabıyla (0:4, 0:5) biabırçı məğlubiyyətə uğrayan “Araz Naxçıvan”ın rüsvayçı nəticəsi klubun gələcək addımları barədə ciddi suallar yaradıb. Lakin suallara cavab verəcək şəxs yoxdur.

Daha doğrusu, Premyer Liqada iştirak etdiyi vaxtdan öz məskənində oynamayan bu kluba nə vaxtadək möhlət verildiyi bilinmir.

Qəribəsi də odur ki, bu dərəcədə qeyri-peşəkar klub avrokuboklara vəsiqə qazana bilir. Bu, ölkə çempionatının səviyyəsinin göstəricisidir.

“Araz Naxçıvan”ın nəinki yeri-yurdu yoxdur, bu klubun prezidenti Ramin Axundovu da indiyədək gördüm deyən olmayıb. Onun yerinə həmişə qardaşı Zaur Axundov danışıb.

Ramin Axundov prezident təyin olunandan bircə dəfə müsahibə verməyib, klub prezidenti kimi nəinki bir kəlimə danışıb, heç 1 saniyə görünməyib də.

Bu cür qondarma, qeyri-peşəkar əlamətləri olan klubun ölkəmizi avrokubokda təmsil etməsi də ayrı bir dərd…

Akademiyası da məlum deyil ki, heç olmasa, yerli futbolçu yetişdirilməsində töhfəsinə ümid bəsləyək…

Fikir verirsinizmi, necə qeyri-ciddi klubdur?

Elmar Baxşıyev kimi yerli baş məşqçi, 4-5 yerli futbolçu və veteran üçün iş yerindən başqa heç nə…

Bu klub ən çox özünə yer-yurd tapa bilməyən sərgərdan I Liqadan APL-ə yüksəlmiş “İmişli”, “Karvan-Yevlax” kimi klublar üçün bəraət funksiyası kimi daha aktualdır, nəinki yerli futbolun inkişafına hər hansı kiçik bir qatqı baxımından…

Düşünməyə dəyər, bizə belə klublar lazımdırmı?

Yaxud “Araz Naxçıvan” kimi natamam, səyyar kkubların peşəkarlaşması mümkündürmü?..

Kamil Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri